Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güc strukturları qəbələli biznesmenin qətlini gizlədir


“Hədə-qorxu ilə əmlak tələb edilir, ələ keçirə bilmədikdə hamının gözü qarşısında sifarişli qətl törədilir, iki adam həyatdan məhrum olur. Hüquq-mühafizə orqanları isə nəinki cinayəti törədənləri məsuliyyətə cəlb etmir, əksinə, cinayəti ört-basdır etməyə çalışır. Fəlakət bundan ibarətdir”


PİA.AZ bildirir ki, bu sözləri virtualaz.org saytına açıqlamasında Qəbələ rayonunda baş vermiş silahlı insident zamanı qətlə yetirilən biznesmen Eldar Kərimovun qardaşı Sədiyar Kərimov deyib.

Sədiyar Kərimovun sözlərinə görə, qardaşı Eldar Kərimov 2013-cü il, dekabr ayının 13-də rayon sakini Ariz Rəsulzadə tərəfindən qətlə yetirilib. Ariz Rəsulzadə “Vinçester” markalı ov tüfəngindən atəş açaraq Eldar Kərimovu və onun işçisi Vasif Dadaşovu  rayon mərkəzində, əhalinin gözü qarşısında güllələyib. Hər iki şəxs aldıqları güllə yarasından keçinib.

Güllə alış-veriş üçün ticarət mərkəzinə gələn Zöhrab Cavadovdan da yan keçməyib. Çiynindən yaralanan Zöhrab Cavadov təcili xəstəxanaya çatdırılıb və həkimlərin köməyi ilə ölümün pəncəsindən xilas edilib.

Mərhumun qardaşı qətlin sifarişçisinin Ariz Rəsulzadənin əmisi oğlu, iş adamı Rahim Rəsulov olduğunu iddia edir: “Ariz Rəsulzadə özünü avtoritet və kriminal aləmin adamı kimi təqdim edir. Deyilənə görə, Rusiyada həbsdə olub və həbsdə olan zaman “polojeniyaya” baxıb”.

S.Kərimovun dediklərindən belə məlum olub ki, qardaşı Eldar Kərimovun qətlinə səbəb onun mülkiyyətində olan “Qəbələ” ticarət mərkəzinin Rahim Rəsulov tərəfindən ələ keçirilməsi niyyəti ilə bağlıdır: “Qardaşım Eldar iş adamı olub. Həmin ticarət obyekti onun qanuni mülkiyyətində idi. Hadisədən bir il öncə Rahim Rəsulov və Ariz Rəsulzadə qardaşımın əmlakını ələ keçirmək üçün müxtəlif kriminal adamların vasitəsilə ona hədə-qorxu gəlmişdilər. Həmin adamların bir neçəsinə müəyyən miqdarda pul verilmiş və əmlakın ələ keçiriləcəyi təqdirdə yenidən külli miqdarda pul veriləcəyi vəd edilmişdi. Bu şəxslər cinayət işində müəyyən olunsa da heç biri məsuliyyətə cəlb olunmayıb.

Qardaşım Eldar Kərimov əmlakının hədə-qorxu vasitəsilə əlindən alınmasına cəhd göstərilməsi barədə rayon prokurorluğuna, polis şöbəsinə və digər qurumlara da yazılı şəkildə müraciət edib. Müraciətində göstərib ki, əmlakını verməsə, Rahim Rəsulovun əmisi oğlu, avtoritet Ariz Rəsulzadə tərəfindən qətlə yetiriləcək. Ancaq Qəbələ rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları qardaşımın həyatının təhlükədə olduğunu bilə-bilə bu müraciətə biganə yanaşdılar, onu araşdırmadılar”.

S.Kərimovun sözlərinə görə, prokurorluq orqanları qardaşının qətlini sifariş verən şəxsi cinayət məsuliyyətinə cəlb etmək əvəzinə həmin adamı sanki qoruyur, onun mühafizəsini təşkil edir: “Onu da qeyd edim ki, Rahim Rəsulov əmlakla bağlı məhkəmədə uduzmuşdu. Məhkəmə əmlakın qanuni əsasla qardaşıma aid olduğu barədə qərar çıxarmışdı. Məhkəmə icraçıları qətnaməni icra etdikləri gün - 13 dekabr, 2013-cü ildə Ariz əmisi oğlu Rahim Rəsulovun göstərişini yerinə yetirərək icra zamanı qardaşımı hamının gözü önündə qətlə yetirdi. Prokurorluq isə qətlin sifarişçisini həbs etmək əvəzinə onun mühafizəsini təşkil edir”.

Zərərçəkmiş qətli törədən Ariz Rəsulzadənin psixi xəstə olması adı ilə saxta sənədlər düzəldərək onu məsuliyyətdən yayındırmaq istədiklərini, artıq bu barədə saxta rəy də alındığını deyir: “Bizim çoxsaylı şikayətlərimiz isə müstəntiqin yanında kağız yığınına çevrilib”.

Zərərçəkmişin vəkili Eyvaz Məmmədov açıqlamasında istintaqın yekunlaşdığını və cinayət işi üzrə materialların yaxın günlərdə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndəriliəcəyini bildirib: “Sözügedən qətl hadisəsi əvvəlcə Qəbələ Rayon Prokurorluğunda araşdırılırdı. Qətlin sifarişçisinin - Rahim Rəsulovun məsuliyyətdən kənarda qalması, rayon hüquq-mühafizə orqanlarının işə qeyri-obyektiv yanaşmasına görə cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilməsini xahiş etdik. İş müstəntiq Ənvər Həmidovun icraatına verildi. Amma yenə də heç nə dəyişmədi. Bu işin tam, obyektiv araşdırılması üçün zərərçəkənlər ölkə başçısına da müraciət etməyə hazırlaşır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar