Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gül bayramına xərclənən pullara nələr etmək olar?


Qadir İbrahimli: “Milyonlarla vəsaiti küçələrə səpələməyin heç bir adı yoxdur”


2004-cü ildən bəri Azərbaycanda hər il may ayının 10-u Gül bayramı kimi qeyd olunur. Hər il bu bayrama görə dünyanın 50-dən çox ölkəsindən 1 milyondan artıq gül gətirildiyi bildirilsə də, buna büdcədən nə qədər pul xərcləndiyi açıqlanmır. Ancaq təqribi hesablamalar Gül bayramına milyonlarla manatın sərf olunduğunu göstərir.

İqtisadçı ekspert Qadir İbrahimli bildirdi ki, bu vəsaitlərin mənbəyi açıqlanmalıdır: “Mənə elə gəlir ki, Gül bayramı artıq öz formatından çıxıb və qeyri-ciddi bir hala çevrilib. Əgər Heydər Əliyevin ad günündə onunla bağlı hansısa bir tədbirlər keçirmək istəyirlərsə, yaxşı olardı ki, bu, xeyriyyə tədbirləri olsun. Qocalar evinə, uşaq evinə və yaxud da imkansız ailələrə yardım edilsin. Bu daha yaxşı effekt verər.

Gül bayramı keçirib milyonlarla vəsaiti küçələrə səpməyin heç bir adı yoxdur. Azərbaycanın kifayət qədər ciddi sosial, yoxsulluq, işsizlik, kimsəsiz uşaqlar kimi problemləri var. Həmin bu təbəqələrin ehtiyacları dövlət tərəfindən lazımi qaydada qarşılanmır. Əgər hakim elita hesab edirsə ki, mərhum prezidentin xatirəsini anmaq lazımdır, onda yaxşı olardı ki, xeyriyyə tədbirləri keçirsin.  Həmin milyonları gül şəklində küçələrə səpələməyin yeri yoxdur. Güllərin hansı mənbənin hesabına gətirilməsi qaranlıq qalıb. Bilinmir ki, bunlar dövlətin hesabına, yoxsa hansısa iş adamlarının şəxsi hesabına gətirilir. Yəni bu mənbə hələ ki açıqlanmır. Hər halda, söhbət bir neçə milyondan gedir.

Bu milyonlar isə qeyd etdiyim təbəqələrin ehtiyaclarının ödənilməsinə yönəlsəydi, daha effektli olardı. Həm dini baxımdan israfçılıq olmazdı, həm də bu müsbət bir tendensiya olardı ki, mərhum dövlət başçısının doğum günündə müəyyən təbəqələrə yardımlar edilir. Ən azından məsələyə  bu rakursdan yanaşmaq lazımdır. Bir günlük hansısa qeyri-müəyyən bir formatda güllərin küçələrə səpilməsi və bunun bayram kimi qeyd edilməsi mənə elə gəlir ki, həm vətəndaşların maraqları, həm də dini baxımdan yolverilməzdir. Bu vəsaitlərdən səmərəli istifadə olunmalıdır. Ən başlıcası isə bu vəsaitlərin mənbəyi açıqlanmalıdır. Bilək ki, bu vəsaitlər hansı mənbə hesabına xərclənir”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar