Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güləş Federasiyasında nə baş verir?

“Baş katib milyonlarla manat mənmsəyib, qaçıb…”


Xəbər verildiyi kimi, fevralın ilk günlərində Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov tutduğu vəzifədən azad edilib.

 Bu barədə federasiyanın prezidenti, vergilər naziri Fazil Məmmədov əmr verib.

Əmrə əsasən, Rəşad Allahverdi oğlu Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.

“AzPolitika”ya idman ictimaiyyətindəki mənbələrdən daxil olan məlumata görə, Fazil Məmmədov Əjdər Cəfərovu külli miqdarda yeyinti və dələduzluq faktlarına görə vəzifəsindən azad edib. Belə ki, yoxlamalar nəticəsində üzə çıxıb ki, Ə.Cəfərov federasiyanın təxminən 5 milyon manatını mənimsəyib.


ajdar_cafarov_160615_1434455520

Mənbə deyir ki, idmanla heç bir əlaqəsi olmadığı halda müxtəlif vasitələrdən istifadə etməklə AGF-nin baş katibi vəzifəsinə yüksəlməyə nail olan Ə.Cəfərov, federasiyanın vəsaitini mənimsəməklə kifayətlənməyərək, idmançılardan, onların valideynlərindən irəli çəkilmək, yaxşı şərait yaratmaq vədi ilə külli miqdarda rüşvət alıb, idmançıların maaşlarını mənimsəyib, öz ailə üzvlərini, idmandan xəbərsiz insanları işə götürdərək, federasiyanı ailə biznesinə çevirib. Eyni zamanda milli komandaya xaricdən, xüsusən də Dağıstandan idmançıların cəlb olunması məsələsində maliyyə maxinasiyalarına yol verərək, bu transferlərdən də külli miqdarda vəsait mənimsəyib.

Bütün bunlar nəticəsində də qısa müddətdə böyük var-dövlət, bahalı maşınların sahibinə çevrilib.

Məlumata görə, vəzifədən uzaqlaşdırılandan dərhal sonra Ə.Cəfərov telefonlarını söndürərək, yoxa çıxıb. Hazırda Ə.Cəfərovun müxtəlif vədlərlə pulunu aldığı onlarla adam onu axtarır. Ehtimal olunur ki, keçmiş baş katib ölkədən qaçıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar