Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülnarə Kərimovanın çöküşü...


Bir vaxtlar dünya Gulnara Karimovanın ayaqlarında idi. Yüksəklərdə uçan pop müğənnisi. Dünyanı gəzib-dolaşan modelyer. Və nəhayət onu sürətlə İslam Karimovun postuna hazırlayan diplomatik vəzifələr…


Lakin Karimovanın ulduzu bu yaxınlarda onun dəbdəbəli həyat tərzinin xaricdə tənqid olunması, BMT elçisi kimi öz ölkəsindəki insan haqları pozuntularından danışa bilməməsi və israrlı korrupsiya ittihamları ilə sönməyə başladı.

Onun ulduzu rəsmən sentyabrın 9-da Özbəkistan Baş Prokurorluğu bir fırıldaq işi ilə bağlı «Karimova G» kimi təqdim olunan şəxsi təqsirkar qismində elan edəndə söndü. Əksəriyyət inanır ki, «Karimova G» hazırda Daşkənddə ev dustağı olan 42 yaşlı Karimovanın özüdür.

Aşağıda Gulnara Karimovanın son illərdəki tənəzzülünün ən əhəmiyyətli anları qeyd olunub.

2011-ci ilin sentyabrı: dəbdən düşmə

Karimovanın «Guli» geyim moda brendi Nyu York Moda Həftəsindən «Özbəkistandakı insan haqları pozuntularından dəhşətə gələn təşkilatçı» tərəfindənçıxarılır. Bununla əlaqədar baxış körpüsü üstə keçirilməli olan şou Nyu Yorkun mərkəzindəki «Cipriani» restoranına köçürülür. Burada isə artıq 20-dək eitirazçı Özbəkistandakı pambıq yığımında uşaq əməyindən istifadə olunması əleyhinə piket keçirir. Tədbirin özünə 200 qonaq gəlsə də, «müəllif» bir kənara çəkilir.



2012-ci ilin iyunu: baş tutmayan müğənnilik

Karimova dünya auditoriyası üçün pop albomu buraxır. Onun internet saytında albomun guya «Billboard» jurnalında dərc olunmuş «ulduz icmalı»na və CNN-ə verilmiş «əla müsahibəyə» linklər var, lakin bu linklərin heç biri işləmir. Nə icmal görünür, nə də müsahibə eşidilir. 2013-cü ilin yanvarında Gulnara Rusiya vətəndaşlığını qəbul etmiş fransız aktyor Gerard Depardieu ilə rus dilində mahnı yazdırır.

2013-cü ilin apreli: diplomatik qeybolma

Onun adı gözlənilmədən Özbəkistan Xarici İşlər Nazirliyinin səfirlər siyahısından çıxarılır və belə başa düşmək olur ki, o, 2008-ci ildən bəri tutduğu postdan – Özbəkistanın Cenevrədəki BMT səfiri vəzifəsindən uzaqlaşdırılıb. O vəzifəsindən rəsmən iyul ayında azad edilib. 

2013-cü ilin mayı: rüşvət iddiaları

İsveçin təhqiqat jurnalistlərinə sızdırılmış və AzadlıqRadiosu tərəfindən şərh olunmuş materialın Karimovanın İsveç kommunikasiya nəhəngiTeliaSonera ilə əlaqələrinə dair yeni sübut olduğu üzə çıxır.



2013-cü ilin oktyabrı: efirdən kənar

Karimova tərəfindən nəzarət olunan bir neçə televiziya və radio kanalı yayımı dayandırır. Rəsmilər səbəbin texniki olduğunu bildirirlər.

2013-cü ilin oktyabrı: dondurulmuş hesablar

Karimova-nın adı ilə bağlı olan Terra qrupunun bank hesabları maliyyə pozuntuları iddiaları ilə bağlı dondurulur.

2013-cü ilin noyabrı: «boğulan twitlər»

Twitter-in aludəçisi Karimova ilk dəfə olaraq Özbəkistanda insan haqlarının pozulmasından söz açır. Onun göndərdiyi bir neçə tweet postunda iddia edilir ki, cangüdənlərindən biri ölkənin təhlükəsizlik xidmətinin bir nümayəndəsi tərəfindən döyülüb. 

Həmin ayın sonlarında onun Twitter hesabı bloklanır, lakin dekabr ayında bərpa olunan hesabdan Karimova öz bacısını tənqid atəşinə tutmaq üçün istifadə edir. Onun bir vaxtlar son dərəcə fəal sosial media mövcudiyyəti fevral ayında tamamilə yox olur.

2014-сü ilin fevralı: cinayətkar bağlar?

Karimova-nın Daşkənddəki mənzilində axtarış aparılır, onun sevgilisi Rustam Madumarov və iki dostu tutulub saxlanır. Onların hər üçü müstəntiqlər tərəfindən vergidən yayınma və xarici valyutanın qanunsuz saxlanması ilə bağlı cinayətlərdə ittiham olunurlar.



2014-cü ilin martı: ev dustaqlığı

Karimovanın yazdığı düşünülən və AzadlıqRadiosunun Özbək xidməti və BBC tərəfindən əldə olunmuş məktubda o, yazır ki, ev dustağıdır, onu döyür və «ağır psixoloji təzyiqlərə» məruz qoyurlar. Elə həmin ay Karimovanın adı TeliaSonera telekommunikasiya şirkəti ilə əlaqədar rüşvət işində hallandırılır.

2014-cü ilin avqustu: heyrətli səs yazısı

BBC Karimova-nın ev dustaqlığında özü ilə pis rəftardan şikayətləndiyi audio yazısını əldə edir. O deyir ki, özü və qızı ilə «itdən pis» davranırlar və onların xarici aləmlə heç bir əlaqələri yoxdur. (Azadlıq.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar