Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gümrü hadisələrində “Azərbaycan izi”?


Davudoğlunun erməni müşaviri: “Bölgədə vəziyyəti qarışdıran Rusiyadır...”


Gümrüdə 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun 7 nəfərlik erməni ailəsinin 6 üzvünü qanına qəltan eləməsinin doğurduğu vəziyyət maraqlı yöndə inkişaf etməkdədir. Ermənistan mətbuatının xəbərləri bu ölkədə rəsmi Moskva və İrəvan hakimiyyətlərinə qarşı aksiyaların genişləndiyindən xəbər verir.

Belə ki, srağagün səhər saatlarında başlayan mitinq dünən də davam edib. Ötən gün Gümrüdə keçirilən etiraz aksiyalarına polis müdaxiləsindən sonra paytaxt İrəvanda etiraz aksiyaları keçirilib. Mitinq iştirakçıları bir ailənin qatili olan Permyakovu edam etməyi tələb ediblər.

Aksiyada “Putin rədd ol!”, “Serjik get!” şüarları səsləndirilib. On mindən artıq kütləyə sahib olan aksiya iştirakçılarının Azadlıq meydanı ilə Maşrop meydanı arasındakı əsas magistralı bağladıqları da bildirilir...

Rəsmi İrəvan prosesləri ciddi cəhdlə lokallaşdırmağa və məişət hadisəsi zəminində saxlamağa çalışsa da, Rusiya-Ermənistan “əbədi dostluğuna” xal düşməməsinə səy eləsə də, beləcə baş verən qanlı olaya erməni toplumunda ayrı rəng verilməkdə, olay sırf kriminal xarakterindən çıxaraq siyasi çalar almaqdadır.

Aksiyalarda Rusiya əleyhinə kəskin şüarların səslənməsi, Putinin və Rusiya bayrağının təhqir edilməsi, Gümrüdəki 102 saylı rus hərbi bazasının ölkə ərazisindən çıxarılması tələbləri buna bariz sübutdur. Situasiyanın belə bir həddə çatması artıq Rusiya tərəfdə də diqqətlə izlənməkdə, eyni zamanda yetərincə ciddi reaksiyalar doğurmaqdadır. 

*****
Kremlə yaxın Regnum İnformasiya Agentliyinin baş redaktoru Modes Kalerovun ermənilərə kəskin cavabı bəllidir. Rusiyalı politoloqlar da məsələ ilə bağlı kifayət qədər aydın, antierməni reaksiyaları sərgiləməkdədirlər. 

“Gümrüdə Rusiya bazasının hərbçisi Valeri Permyakovun şübhəli bilindiyi erməni ailəsinin qətli faciəsi insanlara və silahlara nəzarəti həyata keçirməli olan Rusiya komandanlığının təqsiri ucbatından baş verib”. Bunu report-a rusiyalı politoloq Andrey Yepifantsev Ermənistanda altı nəfərdən ibarət ailənin qətlə yetirilməsindən sonra başlayan Rusiya əleyhinə etirazları şərh edərkən bildirib. Yepifantsev vurğulayıb ki, Ermənistan tərəfi bu məsələni siyasiləşdirir və İrəvanda və Gümrüdə başa verən iğtişaşlar antirusiya xarakteri alıb.

Ermənistan ictimaiyyətinin bu cür narahatlığının səbəblərinə toxunan ekspert qeyd edib ki, ictimaiyyət Avropa Birliyi (AB) və ya Gömrük Birliyinə daxil olma məsələsinə görə iki hissəyə bölünüb: “Ermənistan ictimaiyyətini bir neçə il ərzində inandırmağa çalışıblar ki, həm AB tərkibində olmaq və oradan faydalanmaq, həm də Rusiya ilə Gömrük və hərbi ittifaqlara daxil olmaq olar. Bunun sayəsində Rusiya ölkənin təhlükəsizliyini və Ermənistanı ucuz qazla təmin edə bilərdi. Lakin belə olmur. Ötən il ermənilərə buzu izah etdilər, bunun nəticəsində Rusiyaya qarşı müəyyən narazılıq və etirazlar yarandı. Həmin narazılığın bir hissəsi indi büruzə verir”.

*****
“Dinc aksiyalar keçirib cinayətkarın cəzalandırılmasını tələb eləmək təbiidir. Ancaq vandalizm törətmək, Rusiya bayrağını ayaq altına atmaq, Gümrüdəki rus hərbi bazasına qarşı güc işlətmək - bunlar hamısı bizdə məyusluq doğurur. Bizcə, bu, qara nankorluqdur”.

Musavat.com-un rusdilli vesti-az portalına istinadən verdiyi məlumata görə, bunu rusiyalı tanınmış politoloq, Moskvadakı Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov Ermənistanda son günlər özünü göstərən anti-Rusiya ovqatını şərh edərkən deyib. 
Rusiya son 10 ildə Ermənistana çox kömək edib. Hətta son 10 ildə yox, 100 ildə. Rusiya dövləti və rus xalqı olmasaydı, bu gün Ermənistan mövcud olmazdı. Rusiyanın köməyi və minlərlə rus əsgərinin həyatı hesabına Ermənistan dövlət olaraq mövcuddur. Ona görə də nifrətlə yoğrulan sərt vandalizm, Rusiya əleyhinə çağırışlar bizi məyus edir. Biz gözləyirik ki, erməni dövləti və xalqı öz sözünü desin, xuliqanları cəzalandırsın”, - deyə politoloq vurğulayıb.
*****
Bu arada Ermənistanda Gümrü olayında “Azərbaycan izi” axtaranlar da tapılıb. Məsələn, Ermənistanın Vəkillər Palatasının başçısı Ara Zoqrabyan bildirib ki, yaranmış situasiya ilə bağlı Ermənistanın və Rusiyanın səlahiyyətli orqanları hansısa “üçüncü versiya”nı da nəzərdən keçirirlər. 

“Belə bir versiyanın irəli sürülməsi üçün əsas səbəb qismində bu fakt durur ki, cinayət yerində Permyakovun ”vizitkası" tapılıb. Yəni bununla sanki xüsusi olaraq göstəriblər ki, faciəni rus əsgəri törədib" - deyib Zoqrabyan. 

Digər bir tanınmış erməni, qətlin törədildiyi küçədə yaşayan Andranik Davtyan isə daha da uzağa gedərək, özündənrazı şəkildə söyləyib ki, “Erməni ailəsinin rus əsgəri tərəfindən qətlə yetirilməsi sadəcə təsadüf olmaya da bilər”. Sitat: “İndi Azərbaycan müharibəyə başlamaq üçün hər cür bəhanə axtarır. Türkiyə də əllərini yanlarına salın oturmayacaq, Azərbaycana kömək etməyə çalışacaq. Belə bir vəziyyətdə maneəçilik törədən yalnız sərhəddəki rus ordusudur”.

O da Valeri Permyakovun erməni-türk sərhədini keçməyə cəhd eləməsini və cinayət yerində iz qoymasını da təsadüfi hesab eləmir: “İz qoymağa çalışıb ki, rusdur...”
*****
Yəni belə çıxır, hansısa üçüncü qüvvə bu hadisə ilə erməni-rus dostluğunu pozmaq istəyib. Amma başqa bir tanınmış erməni, Türkiyə baş nazirinin məsləhətçisi, erməni icmasının rəhbərlərindən biri, köşə yazarı və publisist Etyen Mahçupyan məsələlərə, o cümlədən Ermənistan-Rusiya münasibətlərinə fərqli yanaşır.

“TRT Türk” kanalına verdiyi müsahibəsində Türkiyə-Rusiya, Türkiyə-Ermənistan münasibətlərini və Qarabağ problemini şərh edən Mahçupyan müsahibəsində bildirib ki, Cənubi Qafqazda konflikt vəziyyətinin qalması, regionda müharibə vəziyyətinin davam etməsi yalnız Rusiyaya sərf edir (ölkə.az).

“Regionda vəziyyəti qarışdıran Rusiyadır. Bütün konfliktlərin arxasında Rusiya dayanır və bu vəziyyətdən istifadə edərək bölgəni nəzarətində saxlayır. Ermənistana daha güclü təsir rıçaqları olan Moskva Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması yolunda dayanan ən böyük əngəldir. Türkiyə ilə Ermənistanın yaxınlaşmaq istədiyi məqamda həmişə Rusiyanın Ermənistan siyasi elitasına göstərdiyi təzyiq iki qonşu dövləti və onların xalqlarını mədəni inteqrasiyasına mane olur. 

Cənubi Qafqazda sülhün bərpası, regiondakı müharibə təhlükəsinin azaldılması üçün tamamilə yeni planlar paketi hazırlanmalıdır. Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla, Qarabağda hər iki xalqın nümayəndələrinin rahat yaşamaları üçün demokratik ortamın, ab-havanın yaradılması şərti ilə həll edilməlidir və Türkiyə-Ermənistan sərhədi açılmalıdır. Vəziyyət yalnız bu halda stabilləşə bilər. Məsələlərin bu cür həlli isə Rusiyanın Qafqazdakı maraqlarına cavab vermir. Ona görə də Moskva bölgədə yaratdığı müharibə ocaqlarından istifadə edərək regiondakı hərbi-siyasi varlığını davam etdirir”, - deyə Etyen Mahçupyan əlavə edib.

Xatırladırıq ki, Etyen Mahçupyan Türkiyənin erməni icmasının ən tanınmış nümayəndələrindəndir. Və belə mövqedə olan praqmatik düşüncəli ermənilər heç də az deyil. Əfsus ki, onlar Ermənistanda iqtidarda deyillər. Nə qədər ki, iqtidarda deyillər, erməni xalqının iztirabları, o sırada Permyakov kimilərin yeni qətliamları da davam edəcək...
*****
Sözsüz ki, Rusiya əsgəri heç bir ölkəyə xoşbəxtlik gətirməyib, gətirməyəcək. Buna ermənilər bir daha öz nümunələrində əmin oldular və olacaqlar. Hələ ki, Rusiya beynəlxalq sanksiyalardan “yaralı” kimidir. “Yarasını” sağalda bilsə, qonşu və bölgə ölkələri üçün qat-qat böyük təhlükə kəsb edəcək, qorxu saçacaq. Həmin ölkələrin biri və birincisi, şübhəsiz, Ermənistandır - özünü Rusiyaya 48 illiyə icarəyə vermiş, Azərbaycan və Gürcüstandan fərqli olaraq ərazisində rus hərbi bazası saxlayan Ermənistan.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar