Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video


Havaların isinməsi günəş eynəklərinə olan təlabatı artırır. Bu gün şəhərin istənilən yerində - mağazalarda, köşklərdə və b. yerlərdə gün eynəklərinin satışına rast gəlirik. Satışda olan eynəklərin qiyməti 8-20 manat arasında dəyişir. Maraq doğuran məqamsa odur ki, hər hansı bir brend olduqca ucuz qiymətə alıcılara təqdim edilir. Sözügedən eynəklər əksəriyyəti saxta məhsullardır


Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində gün eynəklərinin zərərləri barədə maraqlı sujet yayımlanıb.

Sakin: “Yay fəslində gözümdə qızartılar olur. Ona görə eynəkdən istifadə edirəm. Hətta bəzi eynəklərin üzündən də qaşınma və qızartılar olur. Buna fikr vermək lazımdır”.

Əksər alıcılar adətən sağlamlıqdan çox məhsulun qiymətinə və xarici görünüşünə önəm verir. Adətən keyfiyyətsiz eynəklər gözlərin zəifləməsinə, gözdə təzyiqin və qaşınmanın yaranmasına eləcə də baş ağrısına səbəb olur.

Mütəxəssislər bildirir ki, məhsulun qiymətinin baha olması məhsulun keyfiyyətli olması demək deyil. Gün eynəyi seçərkən üz anatomiyasına uyğun, üzə yaxşı oturan, qulaqlara və buruna təzyiq etməyən və ultrabənövşəyi şüaları keçirməyən eynək seçmək lazımdır. Eynəyin keyfiyyətini yoxlamaq üçün onu gözünüzə taxdıqdan sonra şaquli bir xətt üzrə baxmaq lazımdır. Bu vəziyyətdə eynəyi yuxarı-aşağı və sağa-sola hərəkət etdirdiyinizdə baxdığınız şaquli xətdə oynama və ya qırılmalar yaranırsa, eynək keyfiyyətsiz eynəkdir.

Əlniyaz Ramazanov (həkim): “Çalışmaq lazımdır ki, şüşə eynəklərdən istifadə olunsun. Bunların xeyiri çoxdur. Onlar gözləri qoruyur və sakitləşdirir”.

Bəzən insanların çoxu eynək seçərkən tünd rənglərin daha çox keyfiyyətli olduğunu və ultrabənövşəyi şüaları buraxmadığını düşünür. Lakin bu səhv fikirdir. Şüşə rəngi ilə ultrabənövşəyi şüalardan qorunma arasında heç bir əlaqə yoxdur. Hər tünd rəng şüadan qorumur. Unutmamaq lazımdır ki, gün eynəkləri aksessuar deyil, gözün sağlamlığını qorumaq üçün bir vasitədir.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar