Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günel Mövlud erməni rəfiqəsini vəsf etdi, sosial şəbəkə “qaynadı”


Şairə “qəzəbinizə inanmıram”, dedi, Eynulla Fətullayev “o, çuşka kompleksi yaşayır”, deyə, cavab verdi


Meydan TV-nin redaktoru, hazırda Tiflisdə yaşayan şairə Günel Mövludun erməni milliyyətindən olan rəfiqəsi Edita Badasyan adlı qadına rus dilində şeir həsr etməsi, onunla çəkdirdiyi səmimi şəkillərini sosial şəbəkə vasitəsilə yayması müzakirə mövzusuna çevrilib. 

Xüsusən Qarabağ müharibəsinin intensivləşdiyi, cəbhədən şəhid xəbərləri aldığımız bu günlərdə belə bir dostluğun elan edilməsi əksər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. 

G.Mövlud bu gün yazdığı “Mənim erməni rəfiqəm” başlıqlı köşəsində bu məsələyə toxunub.

Şairə yazıb ki, Edita ilə bir il əvvəl tanış olub: “Qatıldığımız tədbirdə öz vətənini, yəni Gürcüstanı təmsil edirdi. Ona elə ilk dəqiqədən qanım qaynadı. Rahat ovqatı, intellekti olan bu gözəl qız, 4-5 dildə sərbəst danışması, işgüzarlığı, diribaşlığı, tez və rahat ünsiyyət qurmağı bütün iştirakçılar kimi mənə də xoş gəldi”.

Tiflisdə yaşayan əslən erməni qadınla şəkil çəkdirməsinin qıcıq doğuracağını düşünməyən G.Mövlud bunu aşağıdakı kimi əsaslandırıb: “Ona görə də, heç bir epataj-qıcıqlandırma barədə düşünmədən Edita ilə şəkillər paylaşanda, məsələnin bu qədər şişəcəyini ağlıma gətirməzdim. Niyə gətirəydim ki? Kimi qıcıqlandıra bilərdi bu dostluq, bu şəkillər? Kimi əsəbiləşirə bilərdi ki?

“Bizim erməni kilsəsi, erməni xalqı ilə heç bir problemimiz yoxdur” cümləsini SOCAR rəhbərindən eşidib, dinməyənləri? Erməni idmançılarına Bakını mərkəzində əl çalanları? Ermənistan rəsmiləri ilə qucaq-qucağa, deyə-gülə şəkil çəkdirən rəsmilərimizə sakit baxan vətəndaşları? Necə olur, yuxarılar yuxarılarla dost olur, əl sıxır, deyib-gülür, problem olmur, amma heç nəyi həll etmə gücü, yetkisi, imkanı olmayan iki qıza, onların dostluğuna, şəkillərinə  əsəbiləşirlər? Bu nə maraqlı, nə yerini-həddini bilən qəzəbdir belə? Bu nə təhlükəsizlik tədbirləri görmüş, icazəli, ütülü-sığallı qəzəbdir?

Mən sizin hirslənməyinizə inanmıram. Qəzəbinizə inanmıram.

Mən hər zaman ünsiyyəti, davranışı rahat olan adamlarla dostluq edəcəm. Erməni, alman, fransız, azərbaycanlı, uyğur, özbək, kürd olmasından asılı olmayaraq. Bu gün Bakının ortasında doğum evinin qarşısında hamilə qadın uşaq doğub. Pulu olmadığına görə doğum evinə buraxmayıblar. Uşaq küçədə həkimsiz doğulub və ölüb. O qadının işgəncələrinə, körpənin ölümünə sakit baxan həkimlər, tibb bacıları azərbaycanlıdır. Deməli, qəddarlıq, əclaflıq, qansızlıq milliyyətlə deyil. Xeyirin milləti olmadığı kimi, şərin də milləti olmur. Rahat olun”. 

G.Mövludun erməni rəfiqəsi məsələsinə tanınmış jurnalist Eynulla Fətullayev də sosial şəbəkədəki status vasitəsilə münasibət bildirib. Statusda aşağıdakılar qeyd edilib: “Mənə bilirsiz nə maraqlıdır? Bu Günel Mövlud ermənı rəfiqələri ilə hansı dildə danışır? Rusca bilmir, ingiliscəsi də betər gündə. Günel Mövludun bu pasifizmi də yalançıdır. O, sadəcə “çuşka” kompleksini yaşayır. Yəni olduğundan daha yaxşı gorünmək. Adama deyərlər sən bir erməni rəfiqənin səhifəsinə daxil ol və  bax gör o necə millətpərəstdir. Bizim xalqın hələ sovet dönəmindən bir problemi var – “çuşka” problemi!!!”

Musavat.com isə xəbər verir ki, sosial şəbəkədə G.Mövludun bu tövrünü onun mühacir statusu almaq istəyi ilə əlaqələndirənlər də var. Daha öncə bir müddət ailəsi ilə Almaniyada yaşayan, mühacir statusu ala bilməyən, buna görə də təkrar Tiflisə qayıdan G.Mövlud həmin vaxt dini zəmində təzyiqlərə məruz qaldığını iddia edirdi. Sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, indi də şairə “milli zəmində təzyiqlərə məruz qaldığını” iddia etməklə, yenidən mühacir statusu üçün müraciət edə bilər. Xatırladaq ki, G.Mövlud hazırda həyat yoldaşı və oğlu ilə birlikdə Tiflisdə yaşayır. Onun iki qardaşını isə həbs ediblər. İddialara görə, qardaşlarının həbs olunması onun Meydan TV-nin redaktoru olması səbəbindəndir. 
Bu arada E.Fətullayevin də yazdığı kimi,  Edita Badasyanın sosial şəbəkədəki profilinə daxil olanda onun vətənpərvərliyi görünür. Erməni qadın Qarabağ müharibəsi ilə bağlı xəbərləri, erməni vətənpərvərliyi şərhləri ilə paylaşır.

G.Mövlud isə erməni rəfiqəsinin olması ilə bağlı müzakirələrə ironik statusla cavab verməyi də unutmayıb və bu seçimin nəinki ona, bütün Meydan TV əməkdaşlarına aid olduğunu yazıb: “Ümumiyyətlə, Meydan.TV-də erməni dostu olmayana pis baxırlar. Bir işçimiz vardı, erməni dostu yox idi. Yığışdıq, işdən çıxartdıq. İşə qəbul edəndə, anketdə sorğu olur: erməni dostunuz varmı? Varsa, tez işə götürürük. Hətta yaxınlarda qayda tətbiq olunacaq, subay əməkdaşlar erməni ilə ailə qurmalıdır. Evlilərin də məsələsinə baxılacaq. Erməni - vəlinemətimizdir”.

Qeyd edək ki, Günel Mövlud əslən Qarabağdandır, doğulduğu torpaqlar hazırda erməni işğalı altındadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar