Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günəşdə geomaqnit qasırğası


Geomaqnit həyəcanlaşması yaxın 3 gün ərzində davam edəcək


Günəşin səthində cəmisi 24 ləkənin və 2 fəallıq qrupunun (ləkələr toplusunun) müşahidə olunmasına baxmayaraq, son 2 gündə özünü fasilələrlə göstərən geomaqnit həyəcanlaşması bu gün ərzində G2 sinifli geomaqnit qasırğasına çevrilib (maksimum G5 olur). 

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin lent.az-a verdiyi məlumata görə, əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 6-ya çatıb (maksimum 9-dur). Günəş səthində müşahidə olunan nisbi sakitliyə, nəinki orta və güclü, hətta zəif gücə malik alışmaların baş verməməsinə və hətta bu alışma ehtimalının cəmi 1% olmasına baxmayaraq geomaqnit qasırğası baş verib və həyəcanlaşma yaxın günlərdə də davam edəcək.

E. Babayev qeyd edib ki, bu faktın özü geomaqnit həyəcanlaşmalarının heç də həmişə Günəş alışmaları ilə bağlı olmadığını və mürəkkəb bir proses olduğunu bir daha sübut edir: 

"Bugünkü qasırğanın səbəbi həm Günəş plazma küləyinin sürətinin artması, bu küləyin (daha doğrusu, “co-rotating interaction region”un) maqnitosferlə qarşılıqlı təsiri, həmçinin planetlərarası maqnit sahəsinin Z komponentinin müəyyən müddət cənub istiqamətinə yönəlməsi və yüklü plazma  zərrəciklərinin yerin maqnitosferinə asan daxil olması üçün əlverişli fiziki şəraitin yaranması olub.

Qasırğanın getdikcə nisbətən zəifləməsi gözlənilsə də, geomaqnit həyəcanlaşması yaxın 3 gün ərzində davam edəcək və bunun əlavə səbəbi Günəş səthində hazırda mövcud olan “tac dəlikləri”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiri olacaq  (“tac dəlikləri” demək olar ki açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir)".

E. Babayevin sözlərinə görə, orta coğrafi en dairələrində yaşayan sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur, onlarda hətta bəzi hallarda gümrahlıq effektləri yarada bilər, lakin risk qrupuna daxil olan insanlar (ürək-qan-damar sisteminin xroniki xəstələri, ahıl insanlar və qismən uşaqlar) həkim məsləhəti əsasında profilaktik tədbirlər görməlidirlər: "Tövsiyə olunan isə təşvişə düşməmək və “aktiv istirahət” etməkdir. Meteoroloji şəraitin son günlər müşahidə olunan kəskin dəyişmələri kosmik hava ilə birgə təsir etdikdə, neqativ hallar daha da güclənə bilər. Ümumiyyətlə isə, bu təsirlər hər bir funksional sağlam individum üçün fərqlənə bilər.  Geomaqnit  qasırğaları bir sıra texnoloji sistemlərə təsir edərək kommunikasiya radiodalğalarında qısamüddətli sönmələr (və ya “donmalar”) və radiasiya fırtınaları yarada bilər".
       
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar