Bakıda 42 yaşlı kişi intihar edib
Bakıda intihar hadisəsi baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Məmmədhüseyn Şərifli küçəsi-62, mənzil-3 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Bulud Çingiz oğlu Kəlbiyev özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.