Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan DİN-dən 3 ton heroin açıqlaması


Qonşu ölkədə saxlanılan narkotik Moldovaya aparılırmış; Tiflis Azərbaycan, Türkiyə və İranla birgə heroin sindikatının üzvlərini axtarır; Arzu Nağıyev: “Ukrayna və Moldovadan Avropanın narkotik bazarına çıxış var”


Bu il iyulun 12-də Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) tarixinin ən parlaq səhifəsinə imza atdı. Azərbaycandan keçməklə bu ölkəyə daxil olan əfqan mənşəli, 2 ton 790 kiloqram maye halında olan heroin partiyası əməliyyat nəticəsində ələ keçirildi. Bu, Qafqaz ölkələrində ələ keçən ən iri və fantastik qiymətli narkotik partiyasıdır. Qara bazarda Gürcüstanda tutulan heroinin ümumi dəyəri 170-250 milyon dollar arasındadır. 

Gürcüstan DİN-in yaydığı ilkin rəsmi məlumatda işlə bağlı iki Gürcüstan vətəndaşının saxlanıldığı, maye heroinin 93 ədəd 30 litrlik maye çəlləklərdə qablaşdırılaraq daşındığı vurğulanırdı. Bildirilirdi ki, böyük heroin partiyası yük maşında Azərbaycandan keçməklə Gürcüstana daxil olub. Lakin sonrakı günlərdə Gürcüstan DİN-dən rəsmi heroin açıqlamasının ardı gəlmədi. 

Bir çox suallar da açıq qaldı. Xüsusən yükün Azərbaycan sərhədlərini necə aşması bu gün də müəmmalı olaraq qalıb. Məlumat verdiyimiz kimi, bu sensasion əməliyyatdan 4 gün sonra Gürcüstan DİN-ə sorğu ilə müraciət ünvanlayaraq aşağıdakı suallara aydınlıq gətirilməsini xahiş etmişdik: 

- Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı Azərbaycan hökumətinə, hüquq mühafizə orqanlarına müraciət edibmi?  

- Narkotranziti həyata keçirənlərin vətəndaşlığı məlumdurmu?  

- Yükün sahibi kimdir?  

- Yük hansı adla rəsmiləşdirilib? 

- Azərbaycan ərazisində yükün tranzitlə keçməsini kim təşkil edib?  

- Narkotrafikin arxasında dayanan şəxs və ya şəxslər müəyyən olunubmu?  


Sorğumuza Gürcüstan DİN-in səlahiyyətlisi Georgi Saxokia rəsmi cavab yazıb. Gürcü dilində yazılan həmin cavabın tərcüməsini təqdim edirik: 

“Sorğunuza cavab olaraq bildiririk ki, Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Departamentinin 2-ci İdarəsində narkotiklərin qanunsuz daşınması faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 262-ci(külli miqdarda narkotiklərin qanunsuz daşınması) maddəsi ilə N 00911071404 nömrəli cinayət işinin istintaqı aparılır.  

12 iyul 2014-cü ildə Batum şəhərində, Senaki-Poti-Sarpi yolunun üzərində yerləşən Sərhəd Departamenti zonasında əməliyyat-axtarış tədbiri həyata keçirilib. Nəticədə 3 nəfərdən ibarət mütəşəkkil dəstə üzvləri yaxalanıb. Onlardan xüsusilə külli miqdarda narkotik vasitə götürülüb. Tutulanlardan biri Türkiyə, ikisi isə Gürcüstan vətəndaşıdır. 
Hər üç  şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 262-3 “a” 262-4 “а” və “b” , 19 - 262 - 4 “а” və “b” maddələri ilə ittiham elan olunub. Həmin yük Türkiyə, İranAzərbaycan sərhədlərini keçməklə Gürcüstana daxil olub. 

Yük maye sabun adı altında daşınıb. Yükün Moldovaya daşınması nəzərdə tutulub. Ekspertlər cinayət işinə əlavə olunan xüsusilə külli miqdarda olan yükün narkotik - heroin olduğu haqda rəy veriblər.

Hazırda N00911071404 nömrəli cinayət işi üzrə işdə adı keçən dövlətlərin köməyi ilə cinayətin bütün iştirakçılarının müəyyən olunaraq həbsə alınması istiqamətində intensiv araşdırmalar aparılır”. 

G.Saxokianın imzaladığı rəsmi cavab müdhiş cinayətin bəzi məqamlarına aydınlıq gətirsə də, bir çox suallar bu gün də qaranlıq qalır. Xüsusilə ölkəmizə bu yükün necə daxil olması, iki sərhədimizi necə aşması, ölkəmiz ərazisindəki 500 kilometrlik yolu maneəsiz keçməsini kimlərin təmin etməsi hələlik aydınlaşdırılmayıb. 

O da bəlli deyil ki, bu daşımanın arxasında hansı ölkənin narkosindikatı dayanıb. Türkiyədə, İranda və Azərbaycanda yükün daşınması üçün hansı məmurlara nə qədər pul rüşvət olaraq verilib. 

Gürcüstan DİN-in antinarkotik əməliyyatını mübaliğəsiz olaraq son illərin ən parlaq və səs-küylü əməliyyatı adlandırmaq mümkündür. 



Təxmin etmək çətin deyil ki, bu əməliyyat uzun illər Gürcüstanı böyük narkotik marşrutundan kənarda qoyacaq. Məlumdur ki, narkotiklərin daşınmasında şimal və cənub marşrutu var. Gürcüstan da həmin marşrutun keçdiyi ölkələrdəndir. Azərbaycan elə bir məkanda yerləşir ki, narkoqaçaqçılar əfqan mənşəli narkotikləri Avropaya daşımaq üçün istifadə etdikləri marşrutların demək olar ki, hamısı ölkəmiz üzərindən keçir. 
Həmin marşrutlar bunlardır: Əfqanıstan-İran - Azərbaycan - Gürcüstan-Avropa. Əfqanıstan-Orta Asiya-Azərbaycan- Gürcüstan-Avropa. Əfqanıstan - İran - Azərbaycan - Rusiya - Avropa. Əfqanıstan - İran - Dağlıq Qarabağ-Ermənistan.

Azərbaycanın da narkomarşrut halqasından çıxarılması hələ ki, mümkünsüz görünür. Bunun bir çox səbəbləri var.  Bu səbəblər narkoqaçaqçılıqla mübarizənin effektini əhəmiyyətli dərəcədə azaldır. 

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanları maye halında olan heroinin sərhəddən necə keçdiyinə hələ də aydınlıq gətirməyib. 

“Trend”in direktor müavini, politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, burada böyük şəbəkədən söhbət gedir. 

Onun sözlərinə görə, Ukrayna və Moldovadan Avropaya narkotik çıxışı var: “Bu ola bilsin ki, Avropaya daşınan mal olub. Ancaq Azərbaycanın tərəfini günahlandırmaq olmaz. Bu kiminsə məsuliyyəti deyil. Gürcülərin məlumatı da səthidir. Bu, tranzit mal olub. Həbs edilən gürcü ola bilsin ki, sürücüdür. Çünki sürücü narkotikin harada gizlədildiyini bilir”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar