Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda azərbaycanlı gənc qubernator müavini vəzifəsinə təyin edilib


Gürcüstanda gənc soydaşımız yeni vəzifəyə təyin olunub


Gürcüstan barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri vəzifəsində çalışan Zaur Darğallı bu gün Kvemo-Kartli bölgəsinin qubernator müavini vəzifəsinə təyin edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Facebook” səhifəsində Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev bildirib.
 
Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. O, paralel olaraq 2007-2010 illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Ailəlidir, bir qızı var.
 
Zaur Darğallı APA-ya açıqlamasında Kvemo-Kartli bölgəsində yaşayan millətindən asılı olmayaraq hər bir vətəndaşın problemlərini həll olunmasına çalışacağını bildirib: “Ən başlıca istəyim isə azərbaycanlı gənclərin Gürcüstanın ali məktəblərində təhsil alması və dövlət strukturlarında çalışmasıdır. Mən həmişə çıxışlarımda onların ali məktəblərə qəbul olunmasını arzulamışam. Onların Gürcüstanın ali təhsil ocaqlarında oxuması üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Düşünürəm ki, ali təhsilli azərbaycanlı gənclər dövlət dilini öyrənəndən sonra Gürcüstan cəmiyyətinə daha tez inteqrasiya olacaqlar. Bu isə onların ölkənin tamhüquqlu vətəndaşı olması deməkdir”, -  Z. Darğallı bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar