Gürcüstanın Şido-Kartli bölgəsinin Osiauri kəndi yaxınlığında Azərbaycan nömrəsi olan avtobusla mikroavtobus toqquşub
Modern.az Gürcüstan KİV-nə isitnadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb. Həlak olan və xəsarət alan şəxslərin milliyəti hələlik açıqlanmayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi qəzaya səbəb olan sürücüyə qarşı cinayət işinin açıldığını bəyan edib.
pia.az