Gürcüstanın Rustavi şəhərində iş adamı odlu silahla qətlə yetirilib
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Soso Kutateladzenin meyiti ofisində aşkar olunub. Qətlə yetirilmiş şəxs “İstanbul bazarı” adlanan marketin sahiblərindən biridir.
Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb.
pia.az