Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda saxlanılan narkotiklə bağlı şok yeniliklər


3 ton qaçaq heroinə görə Azərbaycanda kütləvi cəzalar


Astara Gömrük-Keçid Məntəqəsinin dörd məmuru işdən çıxarıldı; Qırmızı Körpüdə tutulan 60 kiloqram heroinin də bu məntəqədən keçməsi vəziyyəti daha da gərginləşdirdi, məntəqə rəisindən hesab sorulub... 

Astara Gömrük - Keçid Məntəqəsinin qaçaqmalçılıq şöbəsində çalışan 4 məmur işdən çıxarılıb. Gömrükçülər Azərbaycandan keçən və Gürcüstanda tutulan 3 ton heroin əməliyyatına görə vəzifədən kənarlaşdırılıblar. Bu barədə “Yeni Müsavat”a Astaradan məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, işdən qovulan gömrükçülərdən biri Astara sakinidir, digərləri isə başqa bölgələrdəndir. Onların adları açıqlanmasa da, mənbənin sözlərinə görə, işdən çıxarılan gömrükçülər məhz Gürcüstanda saxlanılan 3 ton herion, ardınca da Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanılan 60 kiloqram heroin əməliyyatlarının qurbanı olublar. 

Qaynağımız iddia edir ki, gömrükçülər məsuliyyətsizlikdə təqsirli bilinərək gömrük sistemindən kənarlaşdırılıblar: “Bu əməliyyatı ört-basdır etmək üçün Astara gömrüyü ”günah keçi"si axtarıb tapıb. Gürcüstanda saxlanılan 3 ton heroinin məhz bu məntəqədən Azərbaycana keçməsi barədə məlumatlar var. Gürcüstandakı əməliyyat ictimailəşəndən sonra Astara gömrüyünə qarşı yuxarı dairələrdən ciddi təzyiq olub, gömrük rəisi Hikmət Məmmədovdan haqq-hesab sorulub, bu işin necə baş verməsinin izahatı tələb edilib. 

Gömrük rəisi də təcili Astara gömrüyündə araşdırmalara başlayıb, 3 ton heroinin keçməsində müqəssirlər ortaya çıxarılıb. Nəticədə 4 gömrükçü işindən uzaqlaşdırılıb. Amma bu, elə böyük miqyaslı işdir ki, 4 gömrükçünün səlahiyyətləri çərçivəsinə sığmır. Onları işdən “gözə kül üfürmək”  üçün uzaqlaşdırıblar". 

Xəbəri dəqiqləşdirmək üçün başqa bir  qaynağımızla da əlaqə saxladıq və həmin mənbə də məlumatı təsdiqlədi. Onun sözlərinə görə, Gürcüstandakı şok əməliyyatdan başqa iki həftə öncə Astara gömrüyündən çıxan 60 kq heroin Qazaxda tutulub. Narkotik maddələr çıxan gün Astara gömrüyünün yük və narkotik şöbələrində növbədə olan 4 məmur işdən azad edilib. Gömrük rəhbərliyi məmurlardan “könüllü” istefa ərizəsi yazmağı tələb edib. Yalnız biri - astaralı məmur buna etiraz etdiyi üçün işdən qovulub.  Qalanları isə öz ərizələri ilə işdən çıxıblar. 

İddialarla bağlı rəsmi mövqe  almaq üçün Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə zəng etsək də, həmişə olduğu kimi yenə də zəngimizə cavab verilmədi. 

Qeyd edək ki, bu il iyulun 12-də Gürcüstan Daxili İşlər Nazirliyi Azərbaycandan keçməklə bu ölkəyə daxil olan əfqan mənşəli, 2 ton 790 kiloqram çəkidə, maye halında olan heroin partiyasını əməliyyat nəticəsində ələ keçirib. Bu, Qafqaz ölkələrində ələ keçən ən iri və fantastik qiymətli narkotik partiyasıdır. Qara bazarda Gürcüstanda tutulan heroinin ümumi dəyəri 250 milyon dollardır.  



Gürcüstan DİN-in yaydığı ilkin rəsmi məlumatda işlə bağlı iki Gürcüstan və bir Türkiyə vətəndaşının saxlanıldığı, maye heroinin 93 ədəd 30 litrlik maye çəlləklərdə qablaşdırılaraq daşındığı vurğulanır. Bildirilir ki, böyük heroin partiyası yük maşınında Azərbaycandan keçməklə, Gürcüstana daxil olub. 

Gürcüstan DİN-in səlahiyyətlisi Georgi Saxokia isə “Yeni Müsavat”ın sorğusuna rəsmi cavabında yazıb ki, narkotiklərin qanunsuz daşınması faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 262-ci (külli miqdarda narkotiklərin qanunsuz daşınması) maddəsi ilə N 00911071404 nömrəli cinayət işinin istintaqı aparılır: “12 iyul 2014-cü ildə Batum şəhərində, Senaki-Poti-Sarpi yolunun üzərində yerləşən Sərhəd Departamenti zonasında əməliyyat-axtarış tədbiri həyata keçirilib. Nəticədə 3 nəfərdən ibarət mütəşəkkil dəstə üzvləri yaxalanıb. 

Onlardan xüsusilə külli miqdarda narkotik vasitə götürülüb. Tutulanlardan  biri Türkiyə, ikisi isə Gürcüstan vətəndaşıdır. Hər üç  şəxsə Gürcüstan Cinayət Məcəlləsinin  262-3 “a” 262-4 “a” və “b” , 19 - 262 - 4 “a” və “b” maddələri ilə ittiham elan olunub. Həmin yük Türkiyə, İranAzərbaycan sərhədlərini keçməklə Gürcüstana daxil olub. Yük maye sabun adı altında daşınıb. Yükün Moldovaya daşınması nəzərdə tutulubmuş". 
G.Saxokianın imzaladığı rəsmi cavab müdhiş cinayətin bəzi məqamlarına aydınlıq gətirsə də, bir çox suallar bu gün də qaranlıq qalır. Xüsusilə ölkəmizə bu yükün necə daxil olması, iki sərhədimizi necə aşması aydınlaşdırılmayıb. 

Xatırladaq ki, narkotrafik əsasən bu trayektoriyada hərəkət edir: Əfqanıstan - İran - Azərbaycan - Gürcüstan-Avropa. Əfqanıstan-Orta Asiya - Azərbaycan - Gürcüstan-Avropa. Əfqanıstan - İran - Azərbaycan -Rusiya - Avropa. Əfqanıstan - İran - Dağlıq Qarabağ - Ermənistan.

Mövzunu diqqətdə saxlayacağıq.(musavat)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar