Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstandan Rusiyaya gedən yük maşınları Azərbaycandan keçə bilər


Güclü laysan yağışlarından sonra Gürcüstan ilə Rusiyanı birləşdirən “Hərbi Gürcüstan” yolu bağlanıb


Bu yolun üzərindəki Devtoraki və Terek çayları öz məcrasından çıxıb. Nəticədə torpaq sürüşməsi baş verib, bəzi ərazilərdəki körpülər dağılıb, yol infrastrukturuna ciddi ziyan dəyib. Daryal dərəsində vəziyyət daha acınacaqlıdır, burada yolun 1 kilometrdən çox hissəsi tam dağılıb.

Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvili, daxili işlər naziri Georgi Mqebrişvili, regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili və digər rəsmi şəxslər təbii fəlakət baş verən ərazidə olublar.

Gürcüstan rəsmilərinin və ekspertlərin fikrincə, yolun tam bərpası üçün ən azı üç həftə vaxt lazımdır. N.Cavaxişvili deyib ki, Devtoraki və Terek çaylarını öz yataqlarına qayıtmadan yolun bərpasına başlamaq mümkün deyil. Bölgədə isə yağışlar davam edir.

Hazırda Kazbeqi-Yuxarı Lars sərhəd-keçid məntəqəsində 100-dən çox ağır tonnajlı yük maşını dayanıb. Gürcüstan hökuməti yük maşınlarının dəniz vasitəsilə Rusiyaya və digər ölkələrə getməsinə çalışır. Lakin vəziyyət belə davam edərsə həmin yük avtomobillərinin Azərbaycan ərazisindən keçməklə Rusiyaya gedəcəyi bildirilir. Gürcüstan rəsmilərinin sözlərinə görə, hazırda bununla əlaqədar Azərbaycan tərəfi ilə də danışıqlar aparılır. (azərtac)

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar