Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın Baş nazirindən İlham Əliyevə təbrik məktubu



Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu göndərib


Təbrik məktubunda deyilir:

“Zati-aliləri,

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edim və ölkənizin gələcək inkişafı naminə Sizə müvəffəqiyyətlər arzulayım.

Azərbaycanın sürətli inkişafını, güclənməsini və dövlət quruculuğu işində əldə etdiyi nailiyyətləri məmnuniyyət hissi ilə müşahidə edirik. Cari il də Azərbaycan üçün seçilən illərdən biridir – Azərbaycan yaxın vaxtlarda irimiqyaslı beynəlxalq tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.

Gürcüstan və Azərbaycan arasında formalaşan strateji tərəfdaşlıq bizim üçün olduqca dəyərlidir. Qlobal əhəmiyyətli energetika və nəqliyyat layihələrinin reallaşması prosesində bizim uğurlu müştərək səylərimizi xüsusilə vurğulamaq istərdim.

Sizi əmin etmək istərdim ki, Gürcüstan gələcəkdə də Azərbaycanla sıx əlaqələrin dərinləşməsini və möhkəmlənməsini fəal şəkildə davam etdirəcəkdir.

Zati-aliləri, bu əlamətdar gündə, Sizə bir daha öz səmimi təbriklərimi çatdırır və qardaş Azərbaycan xalqına uğurlar diləyirəm”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar