Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı İbrahimin xaricə “qaçan” müsahibi


Vaqif Bağırov 2011-ci ildən Afrikada yaşayır


İş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta” konsernində vaxtilə baş mühasib vəzifəsində çalışmış şəxsin beynəlxalq axtarışa verildiyi haqda xəbər yayılıb. 

Vaqif Bağırov ad-soyadlı həmin şəxsə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham elan edilib. Ölkədə olmadığını görə, onun qırmızı xətt üzrə axtarışına qərar verilib. Mətbuatda səhvən  V.Bağırovun axtarışa veriləndən sonra Afrikaya qaçdığı haqda məlumatlar dolaşır. 

Belə xəbərlərdən aydın olur ki, A.Bağırov Afrikaya axtarışdan az əvvəl və ya sonra qaçıb. Əslində isə V.Bağırov ölkədən 2011-ci ildə gedib. Bu haqda onun özü “Yeni Müsavat”a 2013-cü ilin martında verdiyi açıqlamada bildirmişdi. Həmin vaxt mətbuatda Hacı İbrahim Nehrəmliyə qarşı ittihamlar yer almışdı, ittihamlarda V.Bağırovun da adı yer alırdı. İttihamları səsləndirən Hacı İbrahimin keçmiş şəriki, hazırda ömürlük həbsdə olan Hümbət Məmmədov idi. O, Hacı İbrahimi eks-spiker Rəsul Quliyevə pul ötürməkdə ittiham etmişdi. 

V.Bağırovun da adını hallandırmışdı. Bu ittihamlara cavab verən V.Bağırov Afrikada yaşadığını demişdi. Bildirmişdi ki, 1992-ci ildən 2004-ə qədər Naxçıvanda vergi məmuru işləyib. 2004-cü ildən isə Hacı İbrahimin “Avesta” konsernində maliyyə idarəsinin rəisi və firmaların baş mühasibi olub. Sitat: “2010-cu ilin dekabr ayına qədər Hacı İbrahimlə birgə çalışmışıq. Sonra mən öz biznesimi qurmaq üçün işdən çıxmışam. Hazırda Afrikada işimi qurub biznesimlə məşğulam. 2011-ci ilin may ayının 17-də Azərbaycandan çıxmışam. Bura gələndən sonra eşitmişəm ki, belə hadisə (Hacı İbrahim Nehrəmlinin şəriki Hümbət Məmmədovun sifarişi ilə digər şərikləri Əflatun Piriyevin öldürülməsini nəzərdə tutur- E.M.) olub. 

Həmin o 2 nəfər (hazırda ömürlük həbsdə olan Hümbət Məmmədov və mərhum Əflatun Piriyev) həddindən artıq bir-birinə yaxın adamlar idi. Hümbət rəhmətlik Əflatunun vasitəsilə Hacı İbrahimlə ortaq olmağa gəlmişdi. İşlədiyim dövrdə nə Hacı İbrahimin, nə Hümbətin, nə də rəhmətlik Əflatunun hər hansı qanunsuz hərəkətinin şahidi olmamışam. 

Mənim telefonumdan - 050 230-76-86 nömrəsindən heç kəsə zəng olunmayıb. Hacı İbrahim mənim yanımda prezidentin qayınatası, akademik Arif Paşayevə həmişə ”dədəm" deyirdi. İkilikdə olduğumuz təkbətək söhbətlərdə də Hacı İbrahim heç bir zaman bugünkü iqtidarın ünvanına artıq-əskik bir söz deməyib. Mən belə halın şahidi olmamışam. Mən heç bir partiyanın üzvü də deyiləm ki, kiminləsə də əlaqə saxlayım. Hacı İbrahim mənim yanımda Rəsul Quliyevin və başqa müxalifətçilərin adını belə çəkməyib". V.Bağırov səslənən iddiaların absurd olduğunu demişdi.

V.Bağırov 2013-cü ilin iyununda ölkəyə qayıdacağını da söyləmişdi: “Bütün qohum-qardaşım Azərbaycandadır, mən burada işləri yekunlaşdırıb vətənə qayıdacağam”.

Sonda qeyd edək ki, V.Bağırovun təqdim etdiyimiz açıqlamasında o, Afrikaya nə vaxt və niyə getdiyini açıq şəkildə söyləyir. Odur ki, onu ölkədən “qaçıran”da bir qədər onun özünün söylədiklərini də nəzərə almaq obyektivlikdən kənar olmaz.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar