Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Qamətdən yandırılan məscidə reaksiya



Qamət Süleymanov: “Həbslər çıxış yolu deyil...”


“Əbu-Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov “Yeni Müsavat”a müsahibə verib. Hacı Qamət Qaraçuxur məscidinin yandırılması, Sumqayıtda həbs edilən sələfi Zöhrab Şıxəliyev və digər proseslərdən danışıb. 

- Hacı, Qaraçuxur məscidini, sizcə, kim və niyə yandıra bilərdi?

- Ümumiyyətlə, məscidin yandırılması çox maraqlı hadisədir. Çünki Azərbaycanda ilk dəfədir ki, məscidi yandırırlar. Ona görə də hamı kimi mən də gözləyirəm, görək təhqiqatın sonu necə olacaq. 

- Ola bilərmi ki, bunu xəvariclər, ya başqa radikal görüşlü şəxslər edib? 

- Birmənalı xəvariclərin ayağına da yazmaq olmaz. Radikalizm təkcə xəvariclərdə yoxdur. Şiələrin, sünnilərin arasında da radikallar var. Bu, görünür ki, psixoloji vəziyyəti yerində olmayan adamın işidir. Ola bilsin ki, hansısa şəxslərin təxribat xarakterli hərəkətidir. Çünki Qaraçuxur məscidində bundan qabaq da bir neçə dəfə təxribata cəhd olunub. 

- Bəziləri deyirlər ki, Qaraçuxur məscidindən Suriyaya gedənlər olub, siz bu məscidə gedirdinizmi?

- Çox nadir hallarda. Ümumiyyətlə, bəli, Suriyaya gedənlər olub. Ancaq bunu məscidin boynuna biçmək olmaz. Məscidin o zaman günahı olar ki, orada radikalların Suriya, İraq getməsinə görə təbliğat aparılsın. Məsciddə mən bildiyimə görə, belə təbliğata yol verilməyib. İkincisi, radikallar heç zaman məscidə getmirlər. Onlar hesab edirlər ki, məscidin imamını dövlət təyin edir. Radikallar isə dövləti tanımırlar və onun təyin etdiyi imamı da kafir sayırlar. 

- Son dövrlər hökumət bu istiqamətdə fəallaşıb, Sumqayıtda evini məscid edən sələfi tutuldu, dini komitə sədri tez-tez bəyanatlar verir. Əslində nə baş verir bəs? 

- Mən də müşahidə edirəm ki, müəyyən proseslər gedir. Ola bilsin ki, hökumət bu istiqamətdə sərt addımlar atmağa başlayıb. Ancaq radikalizmə qarşı həbslərin həyata keçirilməsi yol deyil. Əvvəla, tutulanlar radikalizmə qarşı çıxan adamlardır. Yəni radikalları həbs etmirlər. İkincisi, dünya təcrübəsi göstərir ki, radikalların həbsi təhlükəni sovuşdurmur. Sumqayıtda tutulan Zöhrab Şıxəliyev radikal deyildi, radikalizmə qarşı idi, dövlətə, camaata yaxşılıq etmişdi. Sadəcə, hədəfi düzgün vurmurlar, radikal olmayanları həbs edirlər. Məscidlərin bağlanması radikallara sərf edir və onların əlinə bəhanə verir. Onlar bu addımlardan istifadə edir, narazıları öz yanına cəlb edirlər. Yaxşı olar ki, məscidləri açsınlar, sağlam fikirli imamlar təyin etsinlər, bu şəkildə problemi həll etsinlər. 
 
- Zöhrab Şıxəliyevin evindəki məscidə radikallardan gələn olubmu, onlara bu yoldan çəkinməyi tövsiyə etmisinizmi? 

- Mən belə halla qarşılaşmamışam. Radikallar o evə gəlmirdi. Əksinə, Zöhrab dərslər zamanı çıxışında qeyd edirdi ki, kim radikaldırsa, bura gəlməsin, belə adamları məsciddən çıxarırdı. 

- Mübariz Qurbanlı bəyan etmişdi ki, radikal qüvvələrin iqtisadi bazaları məhv ediləcək. Sizdə belə məlumat varmı ki, Azərbaycanda onların biznes, maliyyə imkanları olsun?

- Heç bir məlumatım yoxdur. Sələfilik pulla yayılmayıb. İnanmıram ki, radikalların geniş maliyyə qaynaqları olsun. Sadəcə, onlara qarşı fikir mübarizəsi aparılmalıdır.

Mən də, başqa sələfilər də çıxışlarımızda tez-tez alternativ fikir ortaya qoyuruq, çağırışlar edirik. İnsanları radikallıqdan uzaqlaşmağa dəvət edirik, dövlət də məscidləri açmalıdır, bu vəziyyət dövlətə ziyan edir. Ona görə həm Qaraçuxur məscidi fəaliyyətini davam etdirməlidir, həm “Əbu-Bəkr” məscidi, o cümlədən Sumqayıtda olan məscidlər açılmalıdır. Bizim hələ ki Mübariz Qurbanlıya müraciətimiz olmayıb. Ancaq niyyətimiz var.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar