Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Tale kimin və nəyin qurbanı oldu?


Azər RƏŞİDOĞLU yazır


Azərbaycanın öz gerçəkliyi var. Müxalifət və demokratik qüvvələrlə eyni qurumlarda fəaliyyət göstərən inanclı insanlar bu gerçəkliyi dəyərləndirmək zorundadırlar. İfrat radikallıq və marginallıq zərərli tendensiyadır. 

Hacı Tale Bağırzadə həbsxanadan çıxan kimi sərt bəyanatlarla çıxış etməyə başladı. Cavanlığından gələn emosionallıq ona situasiyanı düzgün qiymətləndirməyə mane olurdu. Bəzi media və müxalif qruplar isə onun sosial bazasından bəhrələnmək istəyirdilər. 
Bəlli idi ki, Hacı Tale ətrafında tələ qurulur və o, özü də bilmədən bu oyunun iştirakçısı olur. Ən acınacaqlısı odur ki, proseslərdə marginal qruplar əsas qüvvə kimi iştirak etməyə başlayıblar. Müxalifət bəlli çərçivədə hərəkət edir, etiraz elektoratını təmsil edən inanclı insanlar, məsələn, Hacı İlqar İbrahimoğlu kimi dini cameənin önündə olanlar demokratik müxalifətlə bir sıradadır. Bu müstəvidə onları dağıtmaq mümkün deyil. Tale Bağırzadə isə hamıdan kənarlaşmaq və özü meydana çıxmaq istədi. Bunun nəticələri fəsadlı olacaqdı.

Bütün bunlara baxmayaraq, Nardaranda baş verənləri siyasi hakimiyyət daxilindəki qruplararası qarşıdurmanın təzahürü kimi qiymətləndirmək daha düzgün olardı. Son günlər açıq müstəvidə hakimiyyətdaxili savaş gedirdi və bu da istər milli təhlükəsizlik naziri E.Mahmudovun işdən uzaqlaşdırılması, istərsə də nazirlik əməkdaşlarının qalmaqallı həbsində özünü göstərirdi. Bütün bunların fonunda hakimiyyətdaxili qruplardan biri o birinə diş qıcayırdı. Nardaran hadisələri də göstərir ki, hakimiyyətdəki qruplardan biri siyasi elitaya əzələ nümayiş etdirdi. Bir sözlə, hakimiyyətdaxili mübarizədə ölkədəki sabitliyin pozula bilmə ehtimalı da söz konusu idi. Bununla kimin daha güclü olması sualına sanki cavab axtarılırdı. 
Proseslər davam edir. Yaxın zamanlarda cəmiyyət daha ağır nəticələrlə üzləşə bilər. Ehtimal etmək olar ki, həbslər və qarşıdurma davam edə bilər. İnsan tələfatı, kimlərinsə həbsi, proseslərə daha ciddi siyasi qurumların və ya dini çevrələrin cəlbi də istisna deyil.

Baş verənlər fonunda bir çox suallar ortaya çıxır. Politoloq Ərəstun Oruclunun sosial şəbəkədə verdiyi suallar əslində “nə baş verdi” sualının cavabıdır. İlham Əliyevin İSESCO Baş Konfransının XII sessiyasının açılışında dini tolerantlıqla bağlı çıxışından 1 saat sonra bu əməliyyat kimə və niyə lazım idi? Bu suala cavab həqiqəti meydana çıxarda bilərdi...
Ərəstun Oruclunun daha bir sualı açıq qalır - əməliyyata qərar verənlər Heydər Əliyevin Nardaranla bağlı siyasətini xatırlayırlarmı?

Prosesin təhlili onu deməyə əsas verir ki, Nardaranda hədəf Hacı Tale deyil, ölkədə sabitliyin pozula biləcəyini nümayiş etdirməkdir. “Əsgər ölümləri” ilə bağlı keçirilən aksiyalar zamanı da belə olmuşdu. Deməli, Nardaranda baş verənlərin pərdəarxasında siyasi elitaya qarşı düşünülmüş təxribat dayanır.

Bundan sonra nə baş verəcək? Nəzərə alsaq ki, Azərbaycanda demokratiya müstəvisi dağıdılıb, insanlar səfalət içində yaşayırlar, radikal islamın siyasi amilə çevrilə biləcəyini də ehtimal edə bilərik. Azərbaycanda demokratik qüvvələrin məhvi çox ağır nəticələr verməkdədir. Hakimiyyətin son illər ərzində din əleyhinə apardığı təqiblər radikal dindarların sayının artmasına rəvac verir. Avropada artıq çoxdan öz həllini tapmış hicab problemi Azərbaycanda hələ də inanclı insanlara baş ağrısı gətirir.

Nəzərə alsaq ki, ölkədə sosial böhran dərinləşə bilər, sosial partlayışların ola biləcəyini də proqnozlaşdıra bilərik. Bu isə yaxın gələcəkdə ölkədə etiraz dalğasının arta biləcəyinin xəbərçisidir. Bu zaman narazılıqlara islamçılar rəhbərlik edə bilərlər, iqtidar üçün isə onlarla dil tapmaq asan olmayacaq.

Belə getsə, Azərbaycanda da əsas şüar kimi  “Allahu Əkbər” çağırışlarının səslənə biləcəyini artıq çoxu ehtimal edir. “Allahu Əkbər” şüarına qarşı mübarizənin səmərəsizliyi Yaxın Şərqdə bir daha sübuta yetirildi. Onu da unutmaq olmaz ki, gələn ilin əvvəllərində ölkədə iqtisadi böhran proqnozlaşdırılır. Bu isə narazı elektorata islamçıların rəhbərlik edə biləcəyi fikrini gücləndirir... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar