Hacıqabulda iki uşaq anası intihar edib
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Hacıqabul rayonunu Abdulabad kənd sakini 1993-cü il təvəllüdlü Moqilova Gülgər Səfər qızı axşam 7 radələrində yaşadığı evdə özünü asıb. Onun asılmış cəsədi qohumları tərəfindən aşkarlanıb.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.
pia.az