Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadı Rəcəblidən Azərbaycan türklərinə həqarət


Deputat vətən xaininə “talış deyil, Lerikin türklər yaşayan kəndindəndir”, dedi və ...


1993-cü ildə Azərbaycanın cənub zonasında “Talış-Muğan Respublikası” elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan Əlikram Hümbətov dünya ermənilərinin ünvanına müraciətlə çıxış edib. Özünü “Talış-muğan respublikası”nın prezidenti adlandıran separatçı Əlikram Hümbətov ermənilərə müraciətində qondarma “soyqırım” ilə əlaqədar başsağlığı verib: 

“Bu gün, erməni xalqı üçün belə bir gündə, biz talışlar, sizinlə bərabər kədərlənirik. Qoy yaradan sizə daha belə ağır sınaqlar göndərməsin!”.

O, erməni - talış dostluğundan da danışıb: “Allah erməni xalqına səbir versin! Qoy bizim erməni-talış dostluğumuzun təntənəsini qeyd edəcəyimiz gün gəlib çatsın. Talış xalqı bu gün sizinlədir, bizim qardaş erməni xalqımız!  Yaşasın erməni-talış dostluğu! Yaşasın erməni xalqı! Yaşasın Böyük Ermənistan!”
 
O, həmçinin Azərbaycanın ünvanına da ittihamlar səsləndirib: “Biz talışlar, bu qəbildən olan vəhşiliklərdən xəbərdarıq. Biz onunla elə bu gündə qarşılaşırıq. Azərbaycan Respublikasında bizim ilə də belə davranıblar! Bizim minlərlə sadiq oğullarımız Azərbaycan MTN divarları arasında işgəncələrlə məhv edilib! Talışlar elə indi də öz doğma torpaqlarında qul vəziyyətində yaşayırlar!”.
 
Azərbaycanın cənub zonanın ziyalıları isə Əlikram Hümbətovun bu fikirlərinə sərt münasibət göstəriblər. Bu barədə saytımızda yazı gedib.
 
Cənub bölgəsindən olan, milliyyətcə talış olan  deputat, parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə mövzu ilə bağlı qalmaqallı acılama verib. O, deyib ki, Ə.Hümbətovun talışların adından danışmağa haqqı yoxdur və “... o, ümumiyyətlə, milliyyətcə talış deyil, Lerikin türklər yaşayan kəndindəndir”. H.Rəcəbli qeyd edib ki, bütün hallarda Azərbaycan xalqı, xüsusilə də cənub bölgəsi Ə.Hümbətovu qəbul etmir: “Bu gün Azərbaycanın Əkrəm Əylislisi də var, Əlikram Hümbətovu da var. Bu insanları ilk gündən Azərbaycan cəmiyyəti qəbul eləməyib. Bu adamlar bizim üçün xəyanətkardır. Əlikram Hümbətovdan hələ soruşmaq lazımdır ki, talışca bilir ya yox?..”

Bizim şərh: Hesab edirik ki, hörmətli Hadı müəllim bu mövqeyi ilə yenidən ciddi bir yanlışa imza atıb. Ə. Hümbətovu “türkləşdirmək”, türk olduğu şübhə doğurmayan Əkrəm Əylislini də onunla eyniləşdirmək, onların xəyanətini “türklüyünə” bağlamaq qətiyyən doğru deyil və Azərbaycanın bütövlük konsepsiyasına ziddir. Ə. Hümbətov vətən xainidir, ermənidən də betərdir  və belə birisinə götürüb “türk kəndindəndir” demək, Azərbaycanın türkəsilli əhalisinə həqarətdir. Ümid edirik ki, deputat H. Rəcəbli növbəti yanlış mövqeyini ən qısa zamanda düzəldəcək və Ə. Hümbətovun ünvanına onun layiq olduğu ifadələri səsləndirəcək. 

Eyni zamanda, bu məsələyə heç dəxli olmadan yazıçı Əkrəm Əylislini də əlavə etmək deputatın məkrli niyyətindən xəbər verir. Yəni Hadı Rəcəbli demək istəyir ki, xain də, xəyanətkar da türklərdən çıxıb, onların talışlara heç bir dəxli yoxdur.

Azərbaycanın çörəyini yeyən, burada yüksək vəzifələr tutan, deputat seçilən, oliqarx kimi, böyük sərvətlərə malik olan birisinin bu mövqeyi yolverilməzdir və qətiyyən Ə. Hümbətovun yanaşmasından fərqlənmir. Sadəcə, ifadələr fərqlidir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar