Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev Jirinovskini sünnətlə hədələdi


“Jirinovski başdanxarab, avara bir adamdır. Mənim onun haqqında əvvəllər də çıxışlarım olub. Rus telekanalları çıxışıma reaksiyalar verib, qardaş Türkiyə mətbuatında da müsahibələrimə yer ayrılıb. Bu adam türklərdən heyf almaq istəyir. Çünki 5-6 türkdən əmələ gəlib. Mən Moskvadakı nümayəndəmə - Asif müəllimə tapşırıq vermişəm. Ola bilsin ki, onun partiyasının qarşısında piket keçirək”


PİA.AZ bildirir ki, bunu “Yeni Müsavat”a prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev bildirib. O, Dövlət Duması sədrinin müavini, RLDP sədri Vladmir Jirinovskinin Azərbaycana yönəlik hədələrinə cavab verərkən qeyd edib ki, gələn həftə bununla bağlı partiyası qərar qəbul edəcək: “Mən Jirinovskinin partiyasına zəng etdim. Onun nümayəndəsi Vasili İvanoviç kim olduğumu soruşdu. Dedim ki, partiya sədriyəm, prezidentliyə namizəd olmuşam. Nümayəndəsi söylədi ki, hazırda Jirinovski Dumadadır. Onun diqqətinə çatdırdım ki, Azərbaycanı hədələməyə son qoysun, bu işlərdən əl çəksin. Yoxsa biz onu elə sünnət edərik ki, ömürlük dərs olsun. Azərbaycan xalqını bu qədər təhqir etmək olmaz. Əgər ifadələrinə diqqət yetirməsə, onunla bağlı tədbir görəcəyik. Gələn həftə müzakirə edib Jirinovskinin partiyası qarşısında piket keçirməyi diqqətdə saxlayacağıq”.

Qeyd edək ki, Kreml başçısının “ölkənin 2 nömrəli siyasətçisi” adlandırdığı Vladimir Jirinovski növbəti dəfə postsovet məkanının suveren dövlətlərini hədələyən bəyanat verib. Bir daha separatçı bölgələrin, o cümlədən Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinin vacibliyindən və “üstünlükləri”ndən danışıb.  Sitat: “Biz parlamentdə yüz dəfələrlə Dnestryanı bölgənin müstəqilliyini tanımağı tələb eləmişik. Çünki oranın bütün xalqı bölgənin suverenliyinə və ardınca Rusiyaya birləşməsinə səs verib. Eləcə də Dağlıq Qarabağ. Eləcə də Abxaziya və Cənubi Osetiya. Cənubi Osetiya və Abxaziya məsələsi artıq həll edilib. Krım - həll edilib. Dağlıq Qarabağ - az sonra...

Siz istəyirsiniz ki, dövlət başçısı mətbuat konfransında mənim dediyimi desin? O vaxt bunu deyəcək ki, edəcək. Prezident qabağa danışmaz. Hətta Xruşşov da danışmayıb – “mən Kubaya raket verəcəyəm” deməyib. Heç vaxt. SSRİ-yə qayıtmaq istəyən bütün ərazilər SSRİ-yə qayıdacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar