Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Doğrunu oğrunun yerində qoymaq olmaz


Azadlıq qəzetinə cavab


Hesablama Palatasının 2012-2013-cü illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyində apardığı yoxlamanın nəticələrini       “Hüseyn Bağırov çətin vəziyyətdə” başlıqlı yazı ilə yanlış istiqamətdə yozanların, bu məlumatın mahiyyətindən başı çıxmayıb bundan fürsət kimi istifadə edərək çəpik çalanları məyus etməli olacağıq.

Məlumatı yazan şəxs o qədər naşıdır ki, yoxlama materialında yer alan “əksər xərc maddələri üzrə vəsait istifadə edilməyib və dövlət  büdcəsinə qaytarılıb” cümləsinə belə məhəl qoymadan yazıya “H.Bağırov çətin vəziyyətdə” başlığı verib. Əgər ETSN-nin hansısa departamenti vəsaiti havaya sovurmayıbsa, xərclənməsi mümkün olmadığı üçün onu dövlət büdcəsinə qaytarıbsa, bundan kimsə niyə çətin vəziyyətə düşməlidir? Görünür bunu yazan və ya sifariş verən şəxslərin özləri o qədər çətin vəziyyətə düşüb ki, yaxud da deyiləsi başqa arqumentləri olmadığından dövlət büdcəsinə vəsait qaytarılmasını yaxşı hal kimi deyil, çətin vəziyyət kimi qələmə verməyə cəhd edirlər. Amma reallıq odur ki, yoxlama aparılan Departamentlərin hamısı büdcəyə vəsait qaytarıb. Məsələn, audit aparılan dövr üzrə Meşələrin İnkişafı Departamenti tərəfindən 161634,65 manat büdcə vəsaitinə, Dövlət Ekpertiza İdarəsi tərəfindən real tələbat daxilində 65476,30 manata, Milli Hidrometeorologiya Departamenti büdcə vəsaitlərinin məqsədyönlü istifadə edilməsi nəticəsində 795160, 54 manata, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində 124844 manat dövlət vəsaitinə qənaət edilib və dövlət büdcəsinə qaytarılıb. Göründüyü kimi dövlət büdcəsindən Nazirliyə ayrılan milyonlarla vəsait istifadə olunmadan, yəni xərclənmədən büdcəyə geri qaytarılıb. Əslində Hesablama Palatası bunu qüsur sayırsa bu, həqiqətən qüsurdur. Əgər vəsait ayrılıbsa, təyinatı üzrə xərclənməlidir. Lakin ETSN-nin qurumları bir sıra hallarda təyinatı üzrə xərcləmək mümkün olmadıqda bir yol tapıb, min bir fırıldaqla qalmış vəsaiti xərcləməyə cəhd göstərməyib, 1 milyon 147 min 115 manat vəsaiti dövlətə geri qaytarıb. Bax, burda çəpik çala bilərsiz! Xalqın malı talan olunmayıb, büdcəyə qaytarılıb.

Yoxlamalar Nazirliyin heç bir qurumunda, hətta vəzifəli şəxslərin işdən çıxarılması ilə nəticələnməyib. Müəyyən olunan qüsurlar aradan qaldırılması asan olan, dövlətə ziyan vurulmaqla müşayət edilməyən, təcrübəsizlikdən, qaydaların aydın olmamasından irəli gələn uyğunsuzluqlardır. Misal üçün, belə bir qüsur göstərilib ki, meşə təsərrüfatları üzrə büdcə vəsaitinin cari və əsaslı təmir üzrə müvafiq xərc maddəsində vəsait kifayət etməyib və Meşələrin Əlaqələndirmə Mərkəzinin  bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına təsərrüfatlarda təmir işləri aparılıb. Əslində bu, meşə departamentinin birbaşa vəzifəsidir ki, hansısa idarənin binası ağır leysan yağışları, Kürün daşması və ya zəlzələ nəticəsində zərər çəkirsə, onun təmirinə ehtiyac yaranırsa, onlara kömək göstərsin. Bəli, ola bilər ki, bunu etməzdən əvvəl Maliyyə Nazirliyi ilə hansısa məqamlar razılaşdırılmalı idi və bunu inzibati qüsur saymaq olar, amma burada hansı yeyintidən söhbət gedə bilər? Hansısa meşə idarəsinin damı təmir olunubsa, bunu necə cinayət saymaq olar? Hansı təfəkkür sahibi olasan ki, damı uçmaq təhlükəsində olan və ya uçan bir idarənin bu duruma düşməsinə çəpik çalasan? Yoxlama materiallarında bu cür məqamlara rast gəlinib və buna çəpik çalmaq ən azı vicdansızlıqdır.

Əslində maliyyə və mühasibat işindən başı çıxan hər kəs bilir ki, aşkar edilənlər xırda inzibati qüsur sayılır və Nazirlikdə də belə xırda inzibati qüsur sayılan hallar baş verib, sonradan bu qüsurların hamısı aradan qaldırılıb. Məsələn, Dövlət Ekspertiza İdarəsində faktiki mövcud olmasına baxmayaraq cəmi dəyəri 405 manat olan üç ədəd elektron imza xərclərə aid edilərək uçotdan silinib, yaxud Xəzər Kompleks Ekoloji Monitorinq idarəsində auditlə əhatə olunan dövr üzrə Əmək məcəlləsinin tələblərinə zidd olaraq işçilərə  242 manat artıq əmək haqqı ödənilib. Düzdür, bütün vəsaitlər Hesablama Palatasının göstərişi ilə dövlət büdcəsinə bərpa edilib, amma bu o deməkdirmi ki, bu qurumlarda yeyinti olub? Belə xırda inzibati qüsurların şişirdilməsi çəpik çalmağa nə dərəcədə əsas verir?  

Aparılan yoxlamalarla bağlı yanlış istifadə olunduğuna görə sərf edilən vəsait məsul şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa olunub. 1 nəfər mühasib işdən çıxarılıb, 5 nəfərə töhmət verilib. Əslində qüsurlar cüzi olduğundan heç inzibati tədbirlərə də Hesablama Palatası tərəfindən tövsiyə və göstəriş verilməyib. Lakin Nazirlik dərs olması üçün bu inzibati tədbirlərin həyata keçirilməsini məqsəduyğun sayıb və   Hesablama Palatasına bu barədə məlumat verilib. Görülən tədbirlər Hesablama Palatasını qane edib.

Ümumiyyətlə, Nazirliyin hər hansı qurumunda aparılan yoxlamaların gedişində cinayət tərkibi olmadığı üçün Hesablama Palatası tərəfindən bu istiqamətdə heç bir təşəbbüs göstərilməyib. Yalnız göstərilən qüsurların aradan qaldırılması üçün Nazirliyin özünə müraciət olunub və bununla bağlı tədbirlər görülüb. 

Bax, indi çəpik çala bilərsiz.     


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar