Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Paşayev Berdıməhəmmədovun yanına getdi


XİN müavini İlham Əliyevin sözlərini Qurbanqulı Berdıməhəmmədova çatdırıb


Türkmənistan Azərbaycanla çoxəsrlik dostluq və mehriban qonşuluğun ən yaxşı ənənələrində bərabərhüquqlu və qarşılıqlı sərfəli əsasda uzunmüddətli əməkdaşlıq münasibətlərinin inkişafı kursuna sadiqdir.

Bunu Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev ilə görüşündə bildirib. Bu barədə Türkmənistan dövlət informasiya agentliyinin məlumatında deyilir.

Məlumata görə, Azərbaycanın xarici işlər nazirinin müavini Türkmənistan rəhbərinə Azərbaycan prezidenti İlham Əliyevin türkmən xalqına və onun liderinə ünvanlanmış xoşbəxtlik, sülh və əmin-amanlıq ifadə edilən səmimi salamlarını çatdırıb.

Öz növbəsində, Türkmənistan prezidenti Azərbaycanın ali rəhbərliyinə və xalqına ən yaxşı arzularını ifadə edib.

Məlumata görə, Türkmənistan-Azərbaycan dialoqunun indiki vəziyyəti və onun sonrakı inkişafının perspektivləri ilə əlaqədar fikir mübadiləsi zamanı Türkmənistan dövlətinin başçısı və Azərbaycanın xarici işlər nazirinin müavini son illərdə müşahidə olunan milli maraqların yaxınlaşması tendensiyasını, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin nəzərəçarpan dərəcədə möhkəmləndirilməsini, həmçinin yanacaq-energetika və nəqliyyat-rabitə sahələrində qarşılıqlı fəaliyyətin güclənməsini razılıqla qeyd ediblər.

O da vurğulanıb ki, mövcud konstruktiv dialoqa iki dövlət başçısı arasındakı qarşılıqlı hörmətə əsaslanan münasibətlər sayəsində nail olunub. Belə ki, dövlət başçıları dövlətlərarası münasibətlərin genişləndirilməsinə bütün istiqamətlər üzrə hər cür dəstək göstərirlər.

Müzakirələrin əsas mövzusu təhsil sahəsində əməkdaşlıq imkanları olub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar