Hakerlər internetdə Böyük Britaniya dövlət məmurlarının parollarını satır və mübadilə edirlər
Lent.az-ın xəbərinə görə, bu haqda “The Times” qəzeti məlumat yayıb.
Naməlum hakerlər nazirlərə, parlamentarlara, hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşlarına məxsus elektron poçt ünvanlarını və parolları ələ keçiriblər. “İki böyük siyahıda min parlamentarın və parlament əməkdaşının, 7 min polis məmurunun və XİN-in mindən çox əməkdaşının oğurlanmış məlumatları var”, - deyə qəzetin xəbərində bildirilir.
pia.az