Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakim azyaşlını ömürlük həbs etmək sifarişi alıb?


Rauf Əliyevdən ölkə başçısına şikayət edildi


Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 10/3 ünvanda yaşayan məcburi köçkün  Böyükağa Knyaz oğlu Məhərrəmov ölkə başçısı Ilham Əliyevə, Baş prokuror Zakir Qaralova, Ali Məhkəmənin sədri Ramiz  Razayevə, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə və ölkənin tanınmış  vəkillərinə, hüquq müdafiəçilərinə müraciət edib.

Böyükağa Məhərrəmovun bir surətini də “Azadlıq”ın redaksiyasına göndərdiyi müraciəti təqdim edirik: “24 iyul 2014-cü il tarixdə Bakı Ağır  Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə  Ceyhun Maqsudovun ölümü ilə bağlı cinayət işinə baxılırdı. Həmin cinayət işində mənim yetkinlik yaşına çatmayan (!) oğlum Kinyazlı Kinyaz Böyüküağa oğlu da iştirak edib. Bütün istintaq prosesində Məhərrəmov Yusif Kamil oğlu ilk gündən könüllü təslim olaraq etiraf edib ki, Maqsudov Ceyhunu o, öldürüb. 

Məhkəmə prosesində Rauf Əliyev heç bir etikaya, hakim adına sığmayan hərəkətlər edərək özünü çox aqressiv aparırdı, hamının üstünə hiddətlə qışqırırdı. Məhkəmə zalında oturanlar hamısı məəttəl qalmışdı. Rauf Əliyev hətta şahid Seymur Əsəgərova deyirdi ki, səni içəri basdıracam, imkan vermirdi ki, şahid düzgün ifadə versin. Rauf Əliyev istəyirdi ki, şahid məhz onun istədiyi kimi ifadə versin. Şahid düzgün ifadə verəndə Rauf Əliyev acıqlanırdı, qışqırırdı. Rauf Əliyev hətta dəfələrlə oğlumun vəkilinə    “səni indi zaldan çıxardacam” deyirdi. 
11 aydır bütün istintaq materiallarında mərhumu vurduğunu etiraf edən və könüllü təslim olan Məhərrəmov Yusif deyəndə ki, Ceyhun Maqsudovu mən öldürmüşəm, hakim deyirdi ki, sən onu öldürə bilməzsən, çünki sənin boyun 1.50-dir. Yusif  Məhərrəmov deyir ki, möhtərəm hakim, mənim boyum 1.72-dir. Hakim deyir ki, ola bilməz, sənin boyunu ölçdürəcəm. Axırda Məhərrəmov Yusif məcbur olub hakimə başa salır ki, qarşınızda mənim şəxsiyyət vəsiqəmin surəti var, heç olmasa  ora baxın, orda hər şey yazılıb. Hansı ki, dövlətin verdiyi şəxsiyyət vəsiqəsində belədir. Rauf Əliyev hiddətlə Yusif Məhərrəmovun üstünə qışqırırdı ki, həkim çağırıb sənin boyunu ölçdürəcəm, sən boyunu qısaldırsan. Hakimin yeganə məqsədi nəyin bahasına olursa-olsun mənim yetkinlik yaşına çatmayan oğlumu qatil elan etməkdir.

11 ay davam edən bütün istintaq materiallarında qeyd olunub hadisə axşam 22.00-da baş verib. Hakim isə şahidləri məcbur edir ki, desinlər hadisə 24.00-da baş verib.   

Rauf Əliyev sanki hakimliyini unudub özünü dövlət ittihamçısı rolunda və daha pis formada aparırıdı. Bütün bunlara görə mən hakimin dəyişilməsini və işin yenidən istintaqa qaytarılmasını tələb edirəm. 

Rauf Əliyev bu işə qərəzli baxır, burda maddi marağı var və ona sifariş verilib ki, mənim yetkinlik yaşına çatmayan oğlumu qatil elan edərəm ömürlük həbs etsin. Əgər mənim oğlum mərhumu bıçaqla vurub öldürübsə ( bu əslində belə deyil ), xahiş edirəm oğluma ən ağır cəzanı verin.

Onu da bildirim ki, mənim oğlumun bu işdə cinayəti olmadığı üçün bir ay əvvəl Xətai rayon prokurorluğu məndən 20 min manat pul istədi ki, oğlumu azadlığa buraxsınlar. Ancaq mənim pulum olmadığı üçün 10 aydan sonra oğlumu qatil elan etdilər. 

Bütün ölkə ictimaiyyətindən xahiş edirəm ki, işin obyektiv aparılması üçün bizə kömək etsin".

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar