Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyətdə ziddiyyətlər varmı?


İnformasiya məkanında hakimiyyətdə təmsil olunan qüvvənin (“elita”nın) ayrı-ayrı personajlarının bir-biri ilə çəkişməsi barədə mühakimələr yürütməyi sevirlər


Sanki nomenklaturada çatlar var. Və guya bu ziddiyyətlər “yuxarıdan inqilab” ssenarisini gerçəkləşdirə bilər.

Belədirmi? Çətin ki. Bu hakimiyyətdaxili “mübarizə” şişirdilmiş mifdir. Eynilə sovet dönəminin bir lətifəsindəki kimi...

Erməni radiosundan soruşurlar: “Doğrudur ki, akademik Ambarsumyan lotereyada “Volqa” maşını udub?”

Radio cavab verir: “Əvvəla, akademik Ambarsumyan yox, futbolçu Ambarsumyan. İkincisi, “Volqa” yox, ətçəkən maşın. Üçüncüsü, lotereyada yox, qumarda. Dördüncüsü, udmayıb, uduzub”.

Bizdə də vəziyyət oxşardır. Yuxarı eşelonun ayrı-ayrı fərdləri arasında sırf şəxsi müstəvidə, yaxud biznes maraqlarından qaynaqlanan ziddiyyətlər ola bilir və var da. Ancaq bu narazılıqların rolunu şişirtmək əsassız illüziyalara qapılmağa bənzəyir. Azərbaycanda aşağılar sinfi şüurdan məhrum olduğu halda yalnız yuxarılarda bu şüur yetərincə inkişaf edib. Elə bu da onların zahirdəki narazılıqlarının antaqonist ziddiyyətlərə keçməyəcəyinə təminat verir.

Bir sözlə, hazırda Azərbaycanda “yuxarıdan inqilab” üçün ciddi zəmin yoxdur. Çünki ciddi narazılıqlar üçün səbəblər yoxdur. Üzdə olan ziddiyyətlər isə ümumi təhlükə qarşısında yenidən birliklə əvəzlənəcək.



1988-ci ildə ciddi narazılıq vardı. Çünki bürokratlar dövlət mülkiyyətinə sahib çıxmaq istəyirdi. Bunun üçün isə Sistem yıxılmalı idi. Və həmin səbəbdəndi ki, “Meydan hərəkatı” zamanı yüz minlərlə nümayişçi hər gün ərzaqla təmin olunurdu. Dövlət mülkiyyətindən başqa mülkiyyət formasının olmadığı və bütün istehsalın dövlətin əlində cəmləşdiyi bir zamanda nümayişçiləri bu nomenklaturanın özündən başqa kim təmin edə bilərdi ki? Heç kim.

1993-cü ildə də bu narazılıq vardı. Yenə də iqtisadi hakimiyyəti ələ keçirmək üçün siyasi hakimiyyət devrilməli idi. Və nomenklaturadakı dərin çatlar olmadan bu, mümkünsüz olardı.



2005-ci ildə də “yuxarıdan inqilab” şansı vardı. Yeni hakimiyyət əvvəlkinin varisi, prezident isə əvvəlkinin genetik kodunun daşıyıcısı olsa da sonuncuya öz komandası lazım idi. Odur ki, narazılar Əli İnsanov və Fərhad Əliyevin timsalında kənarlaşdırıldı.

İndi isə hakimiyyət kadrlarının bütün arzuları reallaşıb. Yuxarıdakıların həm öz mülkiyyəti, həm də hakimiyyəti var. Daxili çəkişmələr normal çərçivələrdən kənara çıxmır, çünki bu adamlar özlərinin düşməni deyillər və hamının hamıya qarşı nəzarətsiz mübarizəsinin təhlükəsini anlayırlar.

Çətinlik yalnız bundan sonra - muzdlu işçilərin istismarı hesabına əldə olunan ifrat yüksək gəlirlərin durmadan artmasının təmin edilməsində ola bilər. Hər il milyonlar toplayan istismarçı gələn il cəmisi 1 milyon qazansa, bunu faciə kimi qəbul edər. Deməli, heç olmasa rəqəmin sabitliyini qoruyub saxlamağa çalışacaq.

1990-cu illərdə bu cür problem yox idi. Çünki bürokrat-burjuaziya ilk növbədə SSRİ-dən qalmış dövlət mülkiyyətini öz mülkiyyətinə çevirmək hesabına varlanırdı. Həmin mülkiyyət artıq çoxdan özəlləşdirilib, dağıdılıb, satılıb. Yəni tükənib.

“Sıfırıncı illər”də (2001-2010) də oliqarxiyanın bəxti gətirdi - enerjidaşıyıcılarının qiymətinin durmadan artması onların iştahasını təmin edirdi. Bu, həm də muzdlu işçilərin ifrat istismarının da tormozu rolunda çıxış edirdi - işçiləri ifrat sıxmağa ehtiyac yox idi.

Bəs sonra? Enerjidaşıyıcılarının dünya qiymətləri düşməkdə davam etsə, yaxud indiki qlobal böhran daha da dərinləşsə, onda nə olacaq?

Onda muzdlu işçiləri daha çox işləməyə və daha az maaş almağa məcbur edəcəklər.

Bu, artıq çoxdan start götürmüş prosesdir. Neft, qaz, metallurgiya sənayesi işçilərinin ixtisarı, qalanların isə maaşlarının azaldılması... Təqaüd yaşının artırılacağı haqda xəbərlər... İş adamlarının fəaliyyətini yoxlamaq hüququ olan qurumların sayının fantastik rəqəmə çatması... Bunlar istismarın artıb gəlirlərin azalacağının “ilk qaranquşları” idi.

Heyf ki, bunlar analiz olunmur. Halbuki hər birimizə aid tendensiyadır. Maaşları azaldacaq, qəbirə gedənə qədər işləməyə məcbur edəcəklər, bahalaşma hər sahədə və fasiləsiz olacaq. Ancaq bizim vətəndaşlarımız üçün bu, sadəcə qaçılmaz şərdir. Pisdir, ancaq neyləmək olar ki?! Burjuylar deyirsə ki ödə - ödəyəcəyik.

Təbii ki, bu, sosial narazılığı dözülməz edə və inqilabi şəraitə aparıb çıxara bilər. Optimist variantda, “elita” parçalanar və yuxarıdan islahatlara getməyə məcbur ola bilər. Ancaq hətta bu, baş verərsə də oliqarxlara inanmağa heç bir əsas yoxdur. Yəni “yuxarılar”ın dəyişikliklərin əleyhinə olan “mühafizəkarlar”a və yenilikçi “mütərəqqilər”ə ayrılacağı mifdir. Personajlar fərqlənəcək, mövqelər və mahiyyət isə yox.



Deməli, yalnız aşağıların etirazları vəziyyəti radikal dəyişə bilər. Bəs onu kim edəcək? Müxalifət gücsüzdür. Ölkədə siyasi sektor dağıdılıb. Ənənə müxalifəti hakimiyyətin nəzarətindədir. Sistemdən kənar müxalifət isə hələ formalaşmayıb.

Yəni siyasi mübarizənin klassik modeli formalaşmayınca istənilən dəyişikliyə ümid etmək də əsassızdır. Yuxarılarda konsensusa gəlinməyəcək ziddiyyət, aşağılarda isə müqavimət göstərmək üçün şərtlər yoxdur...(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar