Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyətlə dialoqda nələrə toxunmaq olardı?



Bir müddətdir ki, hakimiyyətlə müxalifət arasında dialoq problemi yenə də gündəmə gəlib


 Prinsipcə, hakimiyyət tərəfi bunun əleyhinə deyil. Müxalifətin də məsələyə münasibəti heç vaxt kateqorik şəkildə neqativ olmayıb. Deməli, mahiyyət etibarilə belə bir tədbirin baş tutacağını fərz etmək olar...

Düzdür, bir məsələ var ki, bu vaxta qədər keçirilən dialoqlarda hansısa əhəmiyyətli bir problem həll olunmayıb-müzakirələrdə aşağı çinli funksionerlərlə iştirak edən hakimiyyət partiyası dialoq üçün xoş iradəyə hazır olmadığını nümayiş etdirib.
Amma danışılası problemlər olduqca çoxdur. Lap əvvəl siyasi məhbus problemindən başlamaq olardı. Bu məsələdə hakimiyyətin inadının heç bir əsası yoxdur və problem ən tez zamanda öz həllini tapmalıdır, çünki artıq cidanı çuvalda gizlətmək mümkün deyil-beynəlxalq təşkilatlar və demokratik dövlətlər Azərbaycanda yüzə yaxın siyasi məhbusun olması faktı ilə razılaşıblar və onlar da bunu təsdiq edirlər...

Hakimiyyət onsuz da onları azad edəcək. Amma bunu özünəməxsus qaydada, öz bildiyi üsul ilə həll etmək istəyir. Gözləyir ki, siyasi məhbuslar əfvlə bağlı müraciət etsinlər və bundan sonra hökumət də “humanist addım ataraq” onları azad etsin... 
Təbii ki, məhbusların bir qismi gec-tez bunu edəcək. Hökumət də elə buna arxayındır. Amma əfvlə bağlı müraciət etmək istəməyənlər də az deyil, onlar təqsirsiz olduqlarını bilir və azad olunmaqlarını tələb edirlər... 

İndi vəziyyət ümumilikdə ictimaiyyət və siyasət fəallarının xeyrinədir. Nə qədər qəribə olsa da, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə hakimiyyət demokratiyanın taleyini qəti və birdəfəlik həll etmək fikrinə düşmüşdü - bir Allah bilir ki, hələ nə qədər həbslər və təqiblər olacaq, nə qədər insanın üzərinə təqib kölgəsi düşəcəkdi!.. 

Hədəf kimi də QHT-lər və daha çox ictimai fəallar seçilmişdi. Nə gizlədək? Bununla hakimiyyət ictimai fəalları maliyyə resurslarından tamam məhrum etmək istəyirdi...
Amma bacarmadılar. Hakimiyyətin ictimai fəallarla bağlı anti-reklamı onların reklamına çevrildi, bu adamlar beynəlxalq dəstək tapa bildilər...
İndi hakimiyyət yenə də gözləmə vəziyyətindədir. Düyün gec-tez açılmalı və bu labirintdən bir çıxış olmalıdır...
Elə digər məsələlər də az aktuallıq kəsb etmir. Amma biz siyasi məhbus problemi üzərində ona görə dayandıq ki, indiki dövrdə hakimiyyətdən ciddi siyasi güzəştlər gözləmək əbəsdir. Ona görə ki, bu hakimiyyət mahiyyətcə anti-demokratikdir və heç bir vaxt demokratiya müstəvisində gücünü sınamaq fikrində olmayıb...

Deyirlər ki, onlarla seçkini, Seçki Məcəlləsini müzakirə edək. Amma özünüz fikirləşin. 
Bu hakimiyyət hətta indiki bələdiyyələrə belə demokratik seçki keçirməyə qorxur. Bəli, qorxurlar ki, uduzarlar. Onları parlament və prezident seçkilərini demokratik keçirməyə çağırmaq olarmı? Şəxsən mən bunu hətta təsəvvür də edə bilmirəm...
Bundansa onlara sadəcə, “Hakimiyyətdən gedin!” demək daha doğru olardı... Gəl, siyasi məhbus problemi, mətbuatın vəziyyəti bir az başqa məsələdir. İndi bizlər siyasətçilərdən daha çox dissidentlərə bənzəyirik. Dissidentlər isə daha çox hüquqlar uğrunda mübarizə aparır. 

İndiki şəraitdə dissidentlərin edə biləcəyi, bacardığı iş bu hakimiyyətin siyasətini ifşa etmək olardı. Bunun üçün isə ictimai fəaliyyətlə məşğul olmaq imkanları olmalıdır, biz azadlıqda olmalıyıq, layihələr işləməliyik ki, nəsə edə bilək...
Böyük siyasi iddialar keçmişdə qalıb. Bəlkə də qəfildən elə bir şərait yetişə bilər ki, olar reallaşar. Amma hələ ki belə bir şans görünmür...

Bəziləri hətta deyir ki, biz açıq şəkildə böyük siyasi iddialarımızın olmadığını bəyan edək. Amma buna ehtiyac yoxdur. Necə deyərlər, görünən dağa nə bələdçi? Onsuz da hər şey aydındır...

Elə bu səbəbdən də seçkiyə də daha çox söz demək üçün bir tribuna kimi baxmaq lazımdır. Sadəcə, söz demək və insanlara nəyisə izah etmək üçün adi bir vasitə-seçkidən müxalifətin götürəcəyi maksimum fayda bəlkə də budur...
Elə vurğuları da bunun üzərinə qoymaq lazımdır. Əgər dialoqda seçki məsələsi gündəmə gələrsə daha çox efir vaxtı qoparmağa, daha çox təbliğat imkanları qazanmağa səy göstərmək lazımdır...
Ona görə ki, bu gün müxalifətin sərəncamında bir şey var- o da sözdür, ağıllı və təmkinli söz... (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar