Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı qidalar siqareti tərgitməyə kömək edir?


Siqaretə və nikotinə ehtiyac hiss etdiyiniz zaman artıq çəki problemi yaratmayan badımcan yeyib bu tərəvəzin tərkibindəki nikotinlə bu hissi aradan qaldıra bilərsiniz


Süd içdikdən sonra çəkilən siqaretin dadı pis olduğuna görə, bu qidanın qəbulu da siqaretdən uzaqlaşmağa yardım edir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu mütəxəssis-dietoloq Aslıhan Küçük deyib.

Dietoloq bildirib ki, siqareti tərgitmək və sağlam bədənə sahib olmaq üçün banan yemək də faydalıdır: "Banan həm siqaretdən uzaqlaşmağa, həm də onun mənfi fəsadlarını aradan qaldırmağa yardım edir. Pomidor suyu və siqaret beyində eyni bölgəni xəbərdar etdiyi üçün siqareti tərgitmək istəyənlər bir ay müddətində bir stəkan pomidor suyu içməklə özlərini rahat hiss edə bilərlər. Araşdırmalara görə, iyirmi gün boyunca iki yemək qaşığı yulaf sıyığı yemək də nikotin asılılığını azaldır".

Mütəxəssisin sözlərinə görə, bəzən insanlar siqareti tərgidə bilmək üçün əllərinə keçən çərəzləri, şokoladı yeyirlər ki, bu da artıq çəkiyə səbəb olur. Dietoloq deyib ki, bu cür çərəzlər yerinə xiyar, təzə və quru meyvələr yemək daha məsləhətdir. Xüsusilə, kök və kivi suyu içməklə nikotini bədəndən atmaq olar: "Siqareti tərgidənlər bol-bol su içməli, fiziki aktivliyə üstünlük verməlidirlər. Fiziki aktivlik siqareti tərgidənlər üçün problem yaradan stressi də aradan qaldırır. Sarımsaq yemək isə ağciyərləri təmizləyir. Bu məqsədlə əmənkömənci çayı istifadə etmək də faydalıdır".

Həkim qeyd edib ki, nikotin insanın dad almaq duyuğusuna təsir etdiyi üçün onu tərgitdikdən sonra qidaların dadı daha yaxşı hiss olunmağa başlayır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar