Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hara getsən özünü özünlə götürürsən


Ünsiyyət insan davranışının sosial cəhətdən determinləşməsi üçün lazım olan mühüm amillərdən biridir


Ünsiyyətdən kənarda  insan cəmiyyətini təsəvvür etmək mümkün deyil. Ünsiyyət şəxsiyyətlərarası münasibətlər xarakteri daşıyır və onun müxtəlif formalarında şəxsiyyətin müxtəlif cəhətləri  inkişaf edir. 

İnsanlar elə bilirlər ki, başqa yerə çıxıb getsələr xoşbəxt olacaqlar. Ancaq sonra məlum olur ki, hara getsən özünü özünlə götürürsən. İstənilən mühitdə insanın qaçılmaz faktı ünsiyyətsiz yaşaya bilməməsidir. Ünsiyyətin düzgün formalaşmaması istər insanın özünə, istərsə də insani münasibətlərinə zərər verir. Bəşəri əlaqələrin əvəzolunmazı şübhəsiz ki, insanlarla tanışlığa açıq olmaqdır. İnsanları tanımaq və həyatına yeni insanlar salmaq şəxsin mənəviyyatının və ya əxlaqının problemli olmasına dəlalət etmir. İnsan yaşamındakı vəzifələrdən biri digər insanları tanımaq və onlarla ictimai əlaqədə olmaqdır. Ki bunlar insanın fərd olaraq özünü formalaşdırmasında böyük rol oynayır.

Elm sübut edib ki, insan beyninin 60 %-i emosional münasibətlərə qarşı neytral mövqedədir. Qalan 40 %-dən 35-i müsbət emosiyalar istehsal edir. Az bir qism – 5% isə mənfi emosiyalar mənbəyidir. Bu hissələr beyinin başqa hissələri və əsəb toxumaları ilə sıx əlaqə şəklində fəaliyyət göstərərək insanın həyati fəaliyyətini təmin edir. Emosiyalar sayəsində insan ətraf mühitlə əlaqə qurur. Təkbaşına heç bir şey edə bilməyən insanın başqa bir insanla münasibət qurması qaçınılmazdır. Bunu həyata keçirmək üçün bəşəri münasibət dediyimiz hal reallaşmalıdır.

Münasibətlər iki insanın qəbul etdiyi ölçü ilə başlamalıdır. İki tərəfin daşıya biləcəyi bir ölçüdə davam etdirilməlidir. Çünki gerçək münasibət əslində bir‐birini ürəyində daşımaqdır. Bir‐birini ürəyində daşıyan iki insan bir‐birinin ürəyinə yük olmadığı müddət boyu dəyərli olar. İnsanlara kiməsə oxşadıldığına və ya həyatının hansısa unudulmaz insanına xaricən və ya daxilən bənzədiklərinə görə qiymət vermək doğru deyil. İnsanlar bir-birinə oxşardırlar amma bu o demək deyilki, insanları bir-birinin yerinə qoymaq lazımdır. Hər nə qədər oxşarlıq olsada, hər insan ayrı və fərqli bir fərddir. Bunu qəbul etməyi bacarmalısan. İşi düşəndə və ya boş vaxtını doldurmaq üçün səni axtaran insanlara qarşı sərt davranma. Düşünmə ki, sən axmaqsan. Əslində axmaq olan qarşındakı mənfəətcil insandır. Çünki anlamır ki, insanların  ən çox önəm verdiyi amillərdən biri  ətrafındakı insanların ona qarşı necə və nə cür davrandığını sintez etməkdir. Bu kimi hansısa mənfəətcil fikirləri nəzərdə tutub, ünsiyyət yaradan insanlardan zamanı gəlincə uzaqlaşmaq ən doğru yoldur. İnsanları yaxınına buraxdığın kimi, uzaq tutmağı da bacarmalısan...

Qədim yunan alimi Platon insanları üç qrupa bölürdü:  1.Sərvətə, vara-dövlətə aludə olanlar; 2.Şərəfi, ləyaqəti, namusu hər şeydən uca tutanlar; 3. Biliyə, elmə güclü marağı olanlar. Bu qruplara əsasən, insan adlanan varlıq həyatda, sosial mühitdə, elmdə, mənəviyyatda, insani münasibətlərdə baş verən haqsızlıqlara və paradoksallıqlara sadəcə tamaşaçı gözü ilə baxmamalıdır. İnsani münasibətlərin buza döndüyü və bazar iqtisadiyyatının hökmranlıq etdiyi bir əsrdə yaşayırıq, lakin burada əsr günahkar deyil. Səhvimiz insani münasibətlərin dialektikasını, məntiqini anlamamaqdır.  Xasiyyət, dünyagörüşü uyğunsuzluğu və ya kənar şəxslərin müdaxiləsi nəticəsində bir münasibət bitə bilər. Amma bu o demək deyilki, həmin adamı pisləmək bizi yaxşı insan kimi tanıdacaq. İnsanlar bir-birilərini tanımaq üçün varlar. Bitən münasibəti qloballaşdırıb kinə, nifrətə, qəlbi qaralığa aparmaq düzgün deyil. Bəzən tanıdığımız hansısa şəxsi bizə pisləyirlər. Bu xoş hal olmasa da, pozitiv tərəfdən düşünməyə çalışaq. Əslində pisləyən insanlar yaxşıki varlar. Yaxşı bildiyimiz "pisləyən" insanın dediyi fikirlər özümüzə yaxın bildiyimiz bu insanın bizimlə münasibətlərinin gerçək və ya "səthi" olduğunu anlamağımıza kömək edir. Unutma ki, kimisə sənə pisləyən insan bir gün səni də başqalarının yanında pisləmək iqtidarına malikdir. 

Bəzən çox təəccüb edirəm. İnsanlar bir-birini tanımağa, özünü tanıtmağa çəkinirlər. Sırf qız-oğlan, sevgi münasibətlərini nəzərdə tutmuram. Çünki istənilən halda qurulan münasibətin sonu mütləq "Sevgi olmalıdır" deyə bir anlayış mövcud deyil. Özümüzü çərçivəyə salmağı, qadağalar qoymağı sevirik. Məsələn, heç kim arzuladığı kimi azad, sərbəst ola bilmir. Demək istədiyini düşünmədiyi sözlərlə əvəz edir. Etmək istədiyini etməli olmadığı hərəkətlə əvəzləyir. Və bəzi insanlar saf hissələrinə qarşı bu cür çərçivə yaradırlar. itirmək qorxusumu, cəsarətsizlikmi, qürurmu bilmirəm amma insanlar qəlbən istəsədə, fikrən qaçmağa meyllidirlər. Halbuki insanların bir-birini tamamlaması, həyat eşqinin yaşaması üçün insani münasibətlər lazımlıdır. 

İnsani münasibətlərdə  əsas məsələlərdən biri  ölçülü olmaqdır. Ölçüsüz davranmaq münasibətlərin pozulmasına səbəb olur. Ölçünün pozulması tarazlığın pozulmasıdır. Sevgidə də, dostluqda da, nifrətdə də, yaxınlıqda da, uzaqlıqda da tarazlıq və ölçü əsas şərtdir. Ölçüsüz insanların qurduğu münasibətlər ilk baxışdan gözəl görünsə də, çox keçmədən aşağı səviyyəli olur və təbii ki, nəticədə tarazlıq pozulur. 

Bəşəri münasibətlərin az ömürlü olmasının bir səbəbi də diqqətdir. Yeni tanış olduğumuz insanlar özləri diqqət göstərməsə də, diqqət mərkəzində olmaq istəyirlər. Halbuki bu haqsızlıqdır. Necə ola bilər ki, qısa müddət ərzində tanıdığın birinə illərlə tanıdığın insana göstərdiyin diqqətdən göstərə biləsən?! Diqqət mərkəzində olmaq istəyiriksə, empatini bacarmalıyıq. 

Hər zaman yeni tanış olduğumuz insanları "yaxşı insan" kimi qəbul edirik.  95 faiz insan yeni tanış olduğu insana yaxşı cəhətlərini göstərməyə çalışır. Zamanla tanımağa  başladıqca ya o "yaxşı insan" sözünün qabağına "ən","çox" sözlərini əlavə edirik, ya da o “yaxşı” sözü kimi həmin insanı da həyatımızdan çıxarmalı oluruq. Və beləliklə, ətrafımızdakı insanları yaxşı tanımadan heçkimə “yaxşı insan” sözünü deməməyin vacibliyini öyrənirik.
Anamın verdiyi bir məsləhət var: "Bir münasibəti bitirmək çox asandır. İstənilən anda bir bəhanə ilə münasibətə son qoya bilərsən. Çalış bir münasibəti bitirməkdənsə, o münasibəti qoruyub saxlamaq üçün təmkinli olasan. Hər sözün dalınca düşüb tez qərar vermə". Yaxşı münasibət tanıdıqca sevilən münasibətdir, tanıyana qədər sevilən deyil. Münasibəti sağlam tutmağın ən böyük ünsürü qiymət verməyi bacarmaqdır. Hər şeyin qədrini bilməliyik.Həyatımızdakı insanların, yaşadığımız günlərin, hisslərimizin, hörmət etdiklərimiz və hörmətini gördüklərimizin. Ağlımıza gələn hər şeyin... Ən əsası özümüzün qədrini bilməliyik. Hər birimiz kimlər üçünsə lazımlıyıq. Bəzən fərqində olmasaqda varlığımız kimlər üçünsə bir sevincdir...

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar