Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hava haqqında...


PİA.AZ sevilən şair Baba Vəziroğlunun "Hava haqqında" şeirini oxucularına təqdim edir

Image result for Naxış




Havadan danışır bir gözəl xanım. 
“Yağış yağacaqdır, qar yağacaqdır. 
Gah günəş çıxacaq, gah ay doğacaq, 
Havalar tutulub-açılacaqdır”. 

Mənim günəşim də, ayım da sənsən, 
Onu sinoptiklər nə bilir axı. 
Sən bir az qiyqacı baxanda mənə, 
Mənim gözlərimdə ildirım çaxır. 

Bir güllü-çiçəkli bahar günündə, 
Soyuq baxışinla qış gəlir sənin. 
Mənim taleyimə yağışlar yağır 
Elə ki gözünə yaş gəlir sənin. 

Söz var- dolu kimi yağır başıma, 
Söz var- duman olub yolumu kəsir. 
Məndən inciyəndə, məndən küsəndə, 
Şimaldan buz kimi küləklər əsir. 

Səni gözləyirəm, hələ bilmirəm 
Yağış yağacaqmı, qar yağacaqmı? 
Mənim bu eşqimin səmalarında, 
Havalar tutulub-açılacaqmı? 

Havadan danışır bir gözəl xanım, 
Hardasa qar tökür, ya yağış yağır. 
Hardasa ay batır, ya günəş qalxır, 
Mənim günəşim də, ayım da sənsən, 
Onu sinoptiklər nə bilir axı?!

Gülyanaq İsmayılqızı
pia.az


Image result for Naxış


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar