Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbs olunan deputatı Rəsul Quliyevə hansı tellər bağlayır?


Keçmiş spikerin Rusiyadakı biznesinin taleyi sual altındadır


Əsas maliyyə qaynaqlarından birinin Rusiyada həbs olunması Rəsul Quliyevi çətin vəziyyətə salıb. 

Rusiyanın Komi Respublikasında həbs edilən azərbaycanlı oliqarx-deputat Akif Sayadov Rəsul Quliyevin yaxın qohumudur. Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Ayaz Sayadovun bacısı Rəsul Quliyevin qardaşının həyat yoldaşıdır. Bir zamanlar xalq artisti Aygün Kazımova ilə evlənən Rza Quliyev məhz Ayaz Sayadovun bacısı oğludur. 

PİA.AZ-ı məlumatlandıran mənbənin sözlərinə görə Quliyevlər ailəsinin Rusiyadakı əsas adamları və biznes ortaqlarından biri olan Ayaz Sayadovun həbs olunması Rəsul Quliyev üçün də ağır zərbə hesab etmək olar. Çünki keçmiş spikerin əsas maliyyə qaynaqlarından birinin məhz Ayaz Sayadov olduğu göstərilir. Belə ki, Ayaz Sayadovun Rusiyada geniş biznesə sahib ola bilməsi üçün sərmayəni 90-cı illərdə Rəsul Quliyev verib. Belə ki, keçmiş spiker  Azərbaycan neftinin satışından əldə etdiyi qanunsuz gəlirlərin bir hissəsini qardaşının qaynı vasitəsi ilə Rusiyaya yönləndirib və Rusyada biznes yaradıb. 

Qeyd edək ki, Akif Sayadov bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinə qarşı çıxış etdiiynə görə həbs olunması ilə bağlı xəbərlər yayılıb. Rusiya xüsusi xidmət orqanları Akif Sayadovu bir müddət öncə həbs olunmuş vəhhabi təriqətinin üzvü olan altı azərbaycanlı ilə əlaqədə və radikal dini cərəyanı maliyyələşdirmədə ittiham edib.
 
Komi parlamentindən deputatın toxunulmazlığa malik olmadığı və bu cür həbs edilməsinin təəccüb doğurmadığı bildirilib. Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi bölməsi isə ittihamları cəfəngiyat adlandırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar