Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdə olan “Qala” sədri “Kövsərbank”ı necə alıb?


“Qala” Beynəlxalq Mühafizə Xidmətinin rəhbəri “Kövsərbank”ın nəzarət-səhm paketini alıbmış. BTX rəhbəri Vüqar Hüseynov həbsdə olsa da, bankın ona satıldığı ortaya çıxıb


Şabranda işçilərin pulunu mənimsəyən bu şirkət rəhbərindən narazılıq Bakıya yürüşlə davam etdi. 

Daha sonra V.Hüseynova dələduzluq faktı ilə cinayət işi açıldı. Bu günlərdə isə məlum olub ki, BTX rəisi adıçəkilən bankın səhmlərinin əsas hissəsinə sahib çıxıbmış.
 
“Azpolitika.info”nun yazdığına görə, “Kövsərbank”ın səhmlərinin 76 faizi kənar investora satılıb. Buna səbəb “Kövsərbank”ın Mərkəzi Bankının nizamnamə kapitalı və məcmu kapital tələbi ilə bağlı problemləri həll edə bilməməsi olub.
 
Bankın İdarə Heyətinin sədri Hidayət İbrahimov vəziyyətdən xilas üçün səhmlərin böyük hissəsini Fond Birjasına çıxararaq satmaq məcburiyyətində qalıb. Sayt yazır ki, yola saldığımız il dekabrın 25-də Bakı Fond Birjasında “Kövsərbank”ın 38 milyon manatlıq səhmləri yerləşdirilib. Günün ikinci yarısında “Kövsərbank”ın rəsmən satıldığı açıqlanıb.
 
H.İbrahimov “Kövsərbank”ın yeni sahibinin adını açıqlamayb. Sitat:
 
“Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir”.
 
Qeyd edilir ki, “Qala” BTX sahibi “Kövsərbank”ın 38 milyon manatlıq səhmini alıb. Bankın sədri H.İbrahimovun deputat Eldar İbrahimovun qardaşı olduğu bildirilir.
 
Xatırladaq ki, bankın səhmləri alınan tarixə qədər nə BTX əməkdaşları aksiya keçirib, nə də onların pulunun mənimsənilməsi mətbuatda ictimailəşib. Onu da deyək ki, mühafizəçilərə təlim keçmək üçün “Qala” BTX-nin Tədris Mərkəzi də fəaliyyət göstərir.
 
Araşdırmamız zamanı həmin tədris mərkəzinin açılışından olan fotoları arxivdən əldə etdik. Açılış mərasimində deputat Fəzail Ağamalının da iştirak etdiyini görmək olar.
 
Baş Prokurorluğun rəsmi məlumatında isə bildirilir ki, ”Qala-BTX" və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar aldığı bəlli olub.
 
Sənəddə deyilir ki, 2014-cü ilin noyabr ayınadək əməkdaşlara müxtəlif məbləğlərdə pul ödənilib. Lakin məvacibin bir hissəsi mənimsənilib. Baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham edilərək Vüqar Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar