Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdəki hakimdən İlham Əliyevə açıq məktub


“”Həmin məmurun qorxusundan nə prokurorluq, nə də məhkəmə orqanları obyektiv araşdırma aparmır"


Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, hazırda həbsdə olan Həsən Əliyev ölkə başçısı İlham Əliyevə açıq məktub ünvanlayıb. 

Məktubda sabiq hakim çox yüksək vəzifəli bir məmurun göstərişi ilə haqsız olaraq həbs olunduğunu yazıb: 

“Həmin məmurun yaxın qohumu olan Nərimanov rayonunun sabiq prokuroru Fikrət Mahmudov və onun sabiq müavini Cavid Əliyevin cinayət əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edib bildirdikdən sonra bu hərəkətim yüksək çinli məmurun xoşuna gəlmədiyindən məni cəzalandırmaq üçün göstəriş vermiş, məhkəmədə fəaliyyətimi yoxlatdırmış, heç bir səbəb olmadan hakimlik fəaliyyətimə vaxtından əvvəl xitam vermək haqqında sərəncam imzalatdıraraq, 11.02.2014- cü il tarixdə, siz xarici səfərdə olduğunuz zaman elektron imza vasitəsilə rəsmiləşdirmiş, qondarma ssenari qurduraraq verdiyim şikayət ərizəsini və onunla bağlı toplanmış materialı Milli Təhlükəsizlik Nazirliyindən aldıraraq, araşdırılmasını Baş Prokurorluqda apartdırmaqla, mənə əsası şər və böhtanlarla qurulmuş ittiham verdirmişdir”.

Sabiq hakim daha sonra yazır ki, saxta diplomlar əldə etməklə dövlət strukturlarında qulluğa düzəlmiş və bu faktın üstu açıldıqdan sonra 1998- 2000-ci illərdə vəzifədən qovulmuş Ramazan Səlimovu üzünə qoydurmaqla, ona şər və böhtan atılıb, əsassız olaraq dələduzluqda günahlandırılıb:

“Guya mən həmin yalançı biznesmeni, ”görkəmli iş adamını" icra başçısı təyin etdirmək adı ilə aldadaraq, külli miqdarda pulunu əlindən almaqla, ona qarşı dələduzluq etmişəm. Aparılan istintaq zamanı həmin şəxsin icra başçısı vəzifəsinə təyin olunmağa layiq olmadığını, əvvəllər məhkum olunduğunu, saxta diplomlara malik olduğunu, Bakı şəhərinin Əzizbəyov, Xətai, Yasamal rayon polis idarələrində onun barəsində ifşaedici materialların olduğunu, onun külli miqdarda pulunun olmadığını və təbii ki, belə halda mənə heç bir pul vermədiyini, imkansız bir şəxs olmaqla kirayələrdə yaşadığını, daimi yaşayış yeri olmadığından polisin inzibati binasına qeydiyyata salındığını, özünün təsadüfi gəlirlər hesabına, həyat yoldaşının, qızının isə daimi kreditlər almaqla dolandıqlarını, yəni ittihamda göstərilən pul mənbəyinə malik olmadığını, ittihamın qondarma olduğunu təsdiq edən hüquqi sənədləri, sübutları və faktları məhkəməyə təqdim etsəm də, məhkəmə omları nəzərə almayaraq mənə ittiham verilmə göstərişinin yüksək çinli məmurdan gəldiyini bildirməklə, mənə qondarma, heç nə ilə təsdiq olunmayan, sübuta və fakta söykənməyən, mənbəyi və təsdiqi olmayan hökm çıxarmışdır".

Məktubda daha sonra yazılır: “Həmin məmurun qorxusundan nə prokurorluq, nə də məhkəmə orqanları obyektiv araşdırma aparmır, faktsız və sübutsuz, 1937-ci illəri xatırladan ədalətsiz və qanunsuz qərarlar çıxarır.  

Respublikanın baş prokuroru, Ali Məhkəmənin sədri bütün bu qanunsuzluqlara göz yumur, yüksək vəzifəli məmura itaət edir, ona yararlanmaq mövqeyindən çıxış edir, onun qanunsuz və ədalətsiz göstərişlərini yerinə yetirməklə, məmuru razı salan addımlar atırlar. Onları insan hüquqları yox, respublikada söz sahibi olan, çətin məqamlarda onların köməyinə çatan özlərinə ”ağsaqqal" qəbul etdikləri məmurun onlardan razı qalması maraqlandırır. Cənab prezident! Məni qanunsuz olaraq həbs ediblər, ailəmi, övladlarımı əsassız təqib edirlər. Onların barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən əsası olmayan müxtəlif xarakterli ədalətsiz qərarlar qəbul etdirib, icra etdirirlər. Bütün bunların məmur göstərişinə əsasən edildiyini bildirməkdən çəkinmirlər".

Sabiq hakim sonda prezidentdən barəsində olan cinayət təqibinin xitam olunmasına və qanunsuz həbsdən azad olunmasına köməklik istəyir: “Məni məmur haqsızlığından və məmur özbaşınalığından xilas edəsiniz. Yüksək cinli məmurun kimliyini sizin nəzarətiniz altında müraciətimi araşdıran şəxsə söyləməyə hazıram”. 

Qeyd edək ki,  Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevin, habelə Elman Məmmədov və Taleh Süleymanovun 6 aydan bəri davam edən cinayət işi üzrə məhkəmə bu ilin 1 aprelində yekunlaşıb.

Hökmə görə, Elman Məmmədov 8 il, Taleh Süleymanov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Sabiq hakim Həsən Əliyev barəsində isə 7 il müddətinə həbs cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs olunub.

2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.
Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.

Sabiq hakim isə ona elan olunmuş ittihamlarla nə istintaq zamanı, nə də məhkəmə prosesində razılaşmayıb, bütün bu olayların ona qarşı qurulmuş bir oyun olduğunu deyib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar