Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsxanada psixiatr işləyən dahi



Yazıçılıq zəhmət tələb edən çətin bir sənətdir


Bununla belə bir çox yazarlar həm maddi ehtiyac içində olduqları üçün, həm də seçdikləri peşəyə maraq hiss etdiklərinə görə ikinci işləri olub.
 
Onların bəziləri haqqında maraqlı faktları təqdim edirik.
 
Vircinia Vulf: Vulf “özünə məxsus otağın olsun” fikrinin sahibi olsa da rahat həyat sürməyib. O, həyat yoldaşı Leonard Vulfla Hogart Press adlı nəşriyyat yaradıb. Vulf rus yazarlarının tərcümələrini, psixoanalizmə aid əsərlərlə yanaşı T.S.Eliotun “İtirilmiş ölkə” kitabını da çap edib.
 
T.S.Eliot: Eliot 1917-1925-ci illərdə Lloyd Bankında işləyib. Elə bu illərdə də ən məşhur əsəri “İtirilmiş ölkə”ni çap edib. Sonralar isə “Faber and Faber” nəşriyyatında işə düzəlib. Ted Hyuqs və Hyu Odenin kitablarının çapına Eliot cavabdehlik daşıyırmış.
 
Frenk Makkort: “Ancelianın külləri” əsərinin müəllifi, Plutzer mükafatçısı bütün karyerası boyu Nyu-Yorkdakı lisey və kolleclərdə müəllimlik edib.
 
Frans Kafka: Kafka sığorta şirkətində işləyib.
 
Uilyam Karols Uilyam: Şair həyatı boyu Nyu-Cersi şəhərindəki bir xəstəxanada həkimlik edib.
 
Luis Xorxe Borxes: Argentinalı yazıçı Borxes əvvəlcə Buenos-Ayres Bələdiyyə Kitabxanasında köməkçi, sonralar isə Milli Kitabxananın direktoru vəzifəsində çalışıb. Labirint kimi qurduğu hekayələrin yazılmasında kitabxanaların böyük təsiri olub. Yaşlı vaxtında görmə qabiliyyətini itirən Borxesə zarafatla “kor kitabxanaçı” deyirdilər.
 
Uolles Stivens: Plutzer mükafatı qazanmış amerikalı şair Harvord Universitetində dərs demək təklifini rədd etmişdi. Çünki 40 ildən çox işlədiyi Hartford Qəza və Təzminat Şirkətindən çıxmaq istəmirdi.
 
Tomas Transtromer: Elə bilməyin ki, nobelli şair ömrünü evdə oturub şeir yazmaqla keçirib. O, həbsxanalarda psixiatr işləyirmiş.
 
Filip Larkin: Müasir ingilis şeirinin ən önəmli simalarından olan Larkin bir çox məşhur əsərini kitabxanada işlədiyi zamanlarda yazmışdı.
 
Bram Stoker: “Drakula” əsərini qələmə alan Stoker uzun müddət aktyor Henri İrvinqin köməkçisi və Londondakı Liseum Teatrının direktoru olub.
 
Levis Karol: “Alisa möcülər ölkəsində” əsərinin müəllifi Karol riyaziyyatçı, fotoqraf, həm də müəllim idi. (kulis.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar