Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həci başqadu…


Bir iş adamı Şeyxül möhtərəmimizə sual ünvanlayıb ki, hacı olan şəxs konyak içə bilər, ya yox?


Qəti etiraz edirəm. Əvvəla, belə yersiz və primitiv suallarla Şeyx həzrətlərinin narahat edilməsini düzgün saymıram. Şeyx sizin üçün məclis mollası deyil ki, ağlınıza gələn sualları verəsiniz? 

Belə suallar üçün məscidlərdə ölü götürməkdən ötrü növbəyə dayanmış mollalar var ki, aralarında axundlar da yer alır. Çoxu da bir neçə qat hacıdırlar və hacıya “nə olar?”, “nə olmaz?”, daha doğrusu “nə olar?” sualının cavabını mükəmməl bilirlər.

İkinci, sualın qoyuluşu düzgün deyil. Çünki “konyak” sözü çoxdan bizim şərabla bağlı qanunvericilikdən çıxarılaraq “brendi” ilə əvəzlənib və madam ki, sual verirsiniz, bunu savadlı tərtib edin. Bizim üləmalar sizin üçün cüməaxşamları “Yasin” oxumaq üstündə bir-birilərinin ölülərini boy sırasına düzən savadız mollalardan deyillər ki.

Üçüncüsü, bəlkə birinin xəstəliyi var, qan azlığı var və həkim də vacib buyurub ki, hər səhər qara kürü ilə təmiz konyak içsin. İndi adam neyləsin? Hacıdır deyə ölsün? Pulsuz nərə balığının qara kürüsünü yeməsin, “Napaleon” konyakı içməsin ki, günahdır? Həkim məsləhətinə qulaq asmamaq, gözgörəti ölümə getmək, yəni intihar etməkdir axı. Dinimiz də intiharı qadağan edir. Bəyəm hacı sintoistdir ki, xarakiri etsin? Məcburdur ki, dini islamın əmrlərinə itaət edərək canına baxsın, yoxsa intihar edib günaha batmasın.

Dördüncüsü, tutaq ki, biri hacıdır və konkyak istemal edir. Neyləsin, yalandan desin ki, içmirəm? Axı yalan danışmaq da müsəlman üçün günahdır. Hacıya heç olmaz və yaraşmaz. Yüz qram konkaydan ötrü günaha batsın? Adam neyləyir ki? Yüzcə qram konyak içir də. Daha yetim malı yemir ki? Universitet açıb Quranı pulla öyrətmir ki? Himayəçilik etdiyi restoranda müştərilərə araq satılmır ki? Nəzir qutularının pulunu cibinə qoymur ki? Ziyarətgahlara nəzir gətirilən qurbanların cəmdəklərini evinə aparmır ki? Aşura günü yığılan pullar üstündə dava salıb arvad-uşaq söyüşü söymür ki? Binəva yüzcə qram təmiz konyak içir də.

Əgər konyak, yaxud brendi “geydirmə” olsaydı, onda sizinlə razıyam, günah olardı. Hacı konyak içirsə, təmizini içməsi nəinki sünnətdir, hətta vacibdən də vacibdir. Yəni fərzdir. Nöşün ki, təmizlik imandandır. Hacıya yaraşanı da budur. Deyirəm, Allah lənət eləsin, bu konyak istehsalçılarına! A balam, necə olur ki, pivənin “sıfır” dərəcəlisi olur, konyakın olmur? Bunun da “sıfır”nı buraxın, kişilər nəfslərini öldürsün də. Niyə mübarək kişilərin gözlərini bu gözəl nemətin arxasınca qoyub günaha batırsınız? İndi bu sadə sualın ki cavabını mənim kimi avam və cahil adam bilir, deyirsiniz, oxumuşlar bilməyəcək? Ay-hay!

Bir də təklif edirlər ki, kişinin “hacı” titulu ləğv edilsin. Ay qardaş, onun “hacı”lıqdan məhrum olunması sənə nə verəcək? Tutaq ki, həmin şəxsin “hacı” adı alındı və o da and içəndə, “getdiyim həcc haqqı “yox, məsələn, “Məşhəd haqqı” dedi. İnanmayacaqlar? İnanan elə həciyə də inanar, məşhədiyə də. Dinsiz nəyə and içsən, inanmaz.

Bundan başqa, məhrum edəcəklər, maya qoyub yenə alacaq. Pulu ilə deyil? Puluna minnət! Olmasın 3-4 min dollar.

Azər SARIYEV


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

"ABŞ pandemiya ilə qisas alır" — Azər Sarıoğlu yazır

İslahatda humanizm - "Yorulmuş atları güllələmirlər"

“İŞİD terrorundan İran mühafizəkarları qazandı”

Ən çox oxunanalar