Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim 5-ci mərtəbədən yıxılan uşağı tutdu – Sumqayıtda


Bu gün günorta saatlarında Sumqayıt şəhərində qəribə hadisə baş verib


Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən az yaşlı uşağın yıxıldığını görüb və özünü itirmədən onu göydə tutmağa müvəffəq olub.

Hadisəni Lent.az-a danışan Ç.Cahangirova deyib ki, uşaq eyvandan yıxılarkən valideyni evdə yox imiş: “ Biz bildiyimizə görə, valideyn həmin an evdə yox idi. Elə işdən çıxarkən həmin binanın yanından keçirdim. Gördüm ki, binanın 5-ci mərtəbəsində bir uşaq həyəcanla “ Ana! Ana!” deyə qışqırır. Diqqətimi çəkdi. Uşağın yıxılacağını təxmin etdiyim üçün yolu keçib eyvanın düz altında dayandım. Ətrafdakılar, valideynlərini səslədim ki, kimsə köməyə gələ. Uşaq əvvəlcə eyvanlarının küncündən sallanmışdı, sonra yıxılaraq 4-cü mərtəbənin ipindən tutdu. Həmin an valideyn eyvana çıxdı. Qollarımı açıb uşağı tutmaq üçün dayandım. Çox şükür ki, tuta bildim. Hər ikimiz də yerə yıxıldıq, amma heç birimiz xəsarət almamışıq”.

Qeyd edək ki, Təcili Tibbi Yardım əməkdaşının xilas etdiyi uşaq 4 yaşlı Cavid olub.

Xatırladaq ki, hadisə ilə bağlı ilk məlumatı manevr.az saytı yaymışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar