Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimlər Lənkəranskini səhv salıb - Təfsilat


İstanbulda qətlə yetirilən nüfuzlu qanuni oğru Rövşən Lənkəranskinin xəstəxanadakı son anları haqda ilginc məlumatlar meydana çıxıb


Politika.Az-ın özəl xəbərinə görə, Babək Həsənzadə adlı şəxs "Facebook"da yaşadıqlarını yazıb. 

Onun sözlərinə görə, xəbəri eşidən kimi xəstəxanaya gedib. Babək xəstəxana rəhbərliyinə Rövşənin qohumu olduğunu söyləyib: “Mənə bildirdilər ki, öncə polis əməkdaşlarıyla görüşməli olacam. 
 
Rövşənin vəziyyəti haqda nə həkimə, nə polisə xəbər verilirdi. Xəstəxanaya olunan saysız-hesabsız zənglərə görə telefonlar 2-3 saatlığına bloklanmışdı. 
 
Xarici görünüşüm bir az müasir tərzli olduğu üçün onun qohumu olduğuna inandılar. Çətin bir prosesdən sonra həkim dedi ki, ciddi bir həyati risk yoxdur. Sevincimi ifadə edə bilmirəm, tez xəbər saldım ki, ölməyib.
 
Sonra dedilər ki, yanına girə bilərsiz. İçəri girəndə gördüm ki, həkimlər tanımadıqları üçün qarışdırıblar Rövşənlə yanında olan yaxınını səhv salıblar. 
 
Ondan necə olduğunu soruşduqda halsız səslə “Kak brat?" (Qardaş necədir?) deyə məndən soruşdu. Soyuqqanlılığımı itirməməyə çalışdım və tez cavab verdim ki, narahat olma, o da yaxşıdır, amma başqa xəstəxanadadır”.
 
B.Həsənzadə ordan çıxıb həkimlərə içəridə yatanın Rövşən olmadığını, yanlış məlumat verildiyini deyib: “Orda çalışan bir azərbaycanlı həkim bizə dedi ki, Rövşəni başqa xəstəxanaya köçürüblər və yüksək ehtimalla artıq keçinib. O an dizlərimin bağı çözüldü. 
 
Ordakı azərbaycanlı həkimin köməkliyi ilə bir neçə insanla əlaqə qurduq və nəhayət məlumat ala bildik ki, artıq cəsəd ekspertizadadır. Birbaşa hamımız Yenibosnadakı Tibb Mərkəzinə yollandıq. 
 
Vəziyyət artıq daha da aydın idi. Bir-iki saat sonra cənazəylə bərabər ordan ayrılıb Zeynəbiyyə məscidinə getdik. Orada yuyulma və kəfənlənmə proseduru həyata keçiriləndən sonra cənazə namazı qılındı və doğma vətəninə yola saldıq igidimizi”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar