Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimlər işdən çıxarılıb – Körpə ölümünə görə


Ötən ay Zataqalada baş vermiş körpə ölümünə görə həkimlər cəzalandırılıb


Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva APA-ya açıqlamasında bildirib ki, iyunun 23-də xəstəxanada 5 aylıq uşağın (Səlim Laçınovun) dünyasını dəyişməsi hadisəsi Səhiyyə Nazirliyinin Uşaq ölümləri üzrə Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə komissiya araşdırılıb.

Onun sözlərinə görə, həmin protokoldan çıxarış nazirlik tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasına göndərilib və qəti tədbir görülməsi tapşırılıb: “Komissiya araşdırmasının rəyinə əsasən, 2 həkim işdən azad olunub, digər aidiyyatı şəxslərə qarşı inzibatı məsuliyyət tədbirləri görülüb. İşdən çıxarılan 2 həkim uşağın əməliyyatında iştirak edən Elşən Məmmədov (Aslan) və Vəfa Vahabovadır”.

Qeyd edək ki, 2016-cı ilin, 15 yanvar tarixində doğulmuş körpəsi Səlim Laçınov qarın boşluğunda olan ağrılarla əlaqədar 22 iyun, saat 17 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasında gətirilib.

Müayinə olunan zaman həkimlər körpədə bağırsaq keçməzliyi olduğunu bildiriblər. Uşağın valideynləri həkim-cərrah Aslan Məmmədovla söhbət zamanı onu Bakıya aparmaq istədiklərini bildirsələr də həkim buna ehtiyacın olmadığını deyib.

İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Əməliyyatdan sonra körpənin vəziyyəti pisləşib və o, saat 21:30 radələrində keçinib. Uşağın valideynləri hadisədə həkimi təqsirli hesab edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar