Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimlərimiz Qəzzaya gedərlərmi?


Paşa Qəlbinur: “Viza verilərsə, həkimlərimiz gedib yaralılara tibbi yardım göstərər”


Adil Qeybulla: “Əgər dövlət xətti ilə belə tədbir olarsa, iştirak edərəm”

İlham Hüseyn: “Hər bir həkimin borcudur ki, kiməsə yardım göstərsin”

Mehriban Məmmədova: “Əgər rəsmi şəkildə qərar çıxsa gedərəm”

Bu yaxınlarda norveçli bir həkim yaralılara tibbi yardım göstərmək üçün Qəzzaya gedib. Məlum məsələdir ki, İsrail hökuməti Qəzzanı bombalamaqda davam edir. Qəzzada hər gün onlarla günahsız insanlar həlak olur, yaralanır. 
Maraqlıdır, bizim həkimlərimiz necə, bu odun alovun içinə girib yaralılara tibbi yardım göstərmək üçün könüllü şəkildə Qəzzaya gedərdilərmi? 

Məşhur cərrah, professor Paşa Qəlbinur viza təşkil olunarsa, həkimlərimizin Qəzzaya gedəcəyini istisna etmir: “Mən inanmıram Azərbaycanda hansısa həkim desin ki, mən getmək istəmirəm. Bizdə norveçli həkimdən fərqli olaraq ora getmək üçün müəyyən qaydalar var. Gedə bilmək üçün gərək viza alaq. İsrailin vizasını almaq, xüsusən də indiki vaxtda, çox çətindir. Mənim iki nəfər dostum getmək istədi. Ancaq onlara viza vermədilər. Ora vizasız getmək mümkün deyil. Məsələn, bir neçə il öncə Türkiyənin gəmisi vizasız getdi deyə gəmini bombaladılar, xeyli adam öldü. İstənilən ölkəyə viza almaq asandır. Hələ oranın dinc vaxtı da bu ölkəyə vizanı çətinliklə verirdilər. Əgər getmək üçün şərait yaradılarsa, viza verilərsə həkimlərimiz gedib orada yaralılara tibbi yardım göstərər. Təmasda olduğum həkim dostlarımın, tələbələrimin könüllü şəkildə Qəzzaya gedəcəklərinə əminəm”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla dövlət xətti ilə belə bir tədbir olarsa, iştirak edəcəyini bildirdi: “Mən özbaşıma harasa getməyi planlaşdırmıram. Əgər dövlət xətti ilə belə tədbir olarsa, iştirak edərəm. Təəssüflər olsun ki, bu gün Suriyaya qeyri-leqal yollarla gedən azərbaycanlıların səsi heç də yaxşı yerlərdən gəlmir. Ora getmək rəsmi şəkildə, dövlətin, Səhiyyə Nazirliyinin xətti ilə təşkil olunmalıdır. Əgər dövlət xətti ilə bunu təşkil edib desələr ki, həkimlər gedib yaralılara kömək etsin, gedərəm. O vaxt biz İran zəlzələsində də yaralıların köməyinə getmişdik. Bu, leqal və qanuni şəkildə olsa, məncə heç kim kənarda qalmaq istəməz”.

Kardioloq, professor İlham Hüseyn ehtiyac olarsa, Qəzzaya gedib yaralılara yardım edəcəyini dedi: “Mən özüm müharibə iştirakçısı olmuşam. Döyüşmək üçün Suriyaya getmərəm. Çünki orada kimin kiminlə döyüşdüyü bəlli deyil. Ancaq həkim olaraq gedərəm. Hər bir həkimin borcudur ki, kiməsə yardım göstərsin”.

Salyan rayon Qadın Tibb Məsləhətxanasının müdiri, ginekoloq Mehriban Məmmədova da yaralılara yardım etmək məqsədi ilə Qəzzaya getmək istədiyini dedi: “Mən Səhiyyə Nazirliyinin xəbəri olmaq şərti ilə könüllü şəkildə Qəzzaya gedib yaralılara əlimdən gələn köməyi edərdim. Rəsmi qərar çıxarsa gedərik. Çünki biz dövlət işçisiyik. Gedərkən uşaqlarımdan halallıq alıb gedərəm. Çünki oradan geri qayıda biləcəyimə əmin deyiləm”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar