Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimlərimiz çöpçülərlə birgə “çalışır“?


Çöp çıxarma fəaliyyəti ilə məşğul olan insanları, yəqin ki, hamımız tanıyırıq və çox güman ki, ömründə bir dəfə də olsa, hər bir uşağın burnu onların nəfəsindən keçib



Çox maraqlıdır, görəsən, səhiyyənin inkişaf etdiyi bir dövrdə çöpçünün bacardığı işi görmək o qədərmi çətindir?! 

Əslində çətin deyil, ancaq burda bir məqam var ki, çöpçülərin yanına getmək təklifi elə bəzən həkimlərin özlərindən gəlir. Dünən AzNews.az-ın əməkdaşı təsadüfən belə bir hadisənin şahidi olub. Belə ki, paytaxt sakinlərindən birinin uşağının boğazında balıq sümüyü qaldığından Təcili Tibbi Yardım stansiyasına müraciət edib. Onlar isə xəstəyə ilkin yardım göstərmək, aidiyyəti üzrə ixtisas həkiminə yönləndirmək əvəzinə, çöpçüyə aparıblar. 

90-JD-640 dövlət nömrə nişanlı Təcili Tibbi Yardım maşını xəstəni “Şamaxinka” adlanan ərazidə, Biləcəri qəsəbəsi ərazisində çoxlarının məşhur “çöpçü” kimi tanıdığı Sahibə adlı xanımın yanına çatdırıb. Təbii ki, çöpçü məsələni öz üsulu ilə həll edib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini Oqtay Şahmalıyev ilk olaraq bu məlumata inanmadığını desə də, sonradan belə bir vəziyyəti mənfi hal kimi qiymətləndirib. Onun sözlərinə görə, məsələ Təcili Tibbi Yardım tərəfindən araşdırılacaq. “Təbii ki, bu məsələ öz təsdiqini tapsa, həmin həkim briqadası cəzalandırılacaq”, - deyə Oqtay Şahmalıyev əlavə edib. 

Tibb məsələləri üzrə ekspert Adil Qeybulla isə qeyd edib ki, çöpçülüyün heç bir elmi əsası yoxdur və bu işlə məşğul olanlar və onların havadarları fırıldaqçılardır: “Hansısa həkim öz xəstəsini çöpçüyə aparırsa, onun peşəkarlığı şübhə altındadır. Təcili yardım həkimi xəstəni müvafiq həkimə aparmalı və ona təhvil verməlidir. Lakin həkim xəstəni çöpçüyə aparırsa, onu hansı adla ona təhvil verir? Ola bilər ki, həmin xəstəni qeyri-leqal yolla çöpçüyə aparır. Bu isə tibbin qanunlarına ziddir”. 

Adil Qeybulla əlavə edib ki, hepatit virusunun geniş yayıldığı indiki dövrdə çöpçülərin yanına xəstə aparmaq çox təhlükəlidir: “Çöpçülər çox asanlıqla belə şəxslərə müxtəlif xəstəliklər yeridə bilərlər, çünki çöpçülərin istifadə etdikləri alətlərin harada, necə sterilizə olunması sual altındadır. Bu işlə məşğul olanların əksəriyyəti təhsili olmayan, avam insanlar olur. Buna görə də məsləhət görərdim ki, insanlar bu cür aldatma üsullarından istifadə eləməsinlər. Ölkədə kifayət qədər qulaq-burun-boğaz həkimləri var ki, bunlar müxtəlif müasir texnika ilə, alətlərlə, kameralarla, qırtlağa, boğazın bütün ətrafına baxmaq, müalicə etmək, ordakı yad cisimləri görmək, lazım olarsa, çıxarmaq imkanlarına malikdir. Ona görə də çöpçülərə müraciət etmək qətiyyən düzgün deyil. Onlar heç əlcəkdən də istifadə etmirlər. Adi suda yuduqları əlləri ilə birbaşa xəstənin boğazına müdaxilə edirlər. İnsan boğazı isə hər cür infeksiyalara həssasdır”, - deyə ekspert vurğulayıb. 

AzNews.az-ın əməkdaşının rast gəldiyi bu olay bir daha onu deməyə əsas verir ki, ağxalatlılar ağ xalatı olmayan çöpçü qadınlarla “birgə çalışır”. Əks halda onlar qazana biləcəkləri 5-10 manatı uzaq məsafə qət edərək çöpçüyə verməz. Deməli, onu bu işə sövq edən çöpçülərlə ortaq maraqlarının olmasındadır. 

Mövzunun davamı olacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar