Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hələb uğrunda döyüş...

Məmməd Süleymanov yazır...


Bəzən Hələbi müasir şəhərlərin ən qədimi sayırlar və çətin ki yanılırlar. Hələ 4000 il əvvəl buradakı şəhər-dövlət öz qüdrətinin zirvəsinə çatmışdı. Tarix boyu o, çoxları üçün yağlı tikə olub. Şəhəri hettlər, arameylər, babillər, farslar, romalılar, bizanslılar, ərəblər işğal edib.

Xaç yürüşləri zamanı səlibçilər Hələbi diz çökdürə bilməyib. Əvəzində isə Topal Teymur onu ələ keçirə bilib. Məqsədinə çatmaq üçün o, qala ətrafındakı dərin xəndəkləri öz ordusunun əsgərlərinin cəsədləri ilə doldurub.

Hələb qalasını təkcə məşhur tarixi irs yox, həm də dünyanın ən böyük qalası adlandırırlar. Son 5 ildə o, saysız-hesabsız hücumlara məruz qalıb, qismən dağıdılıb, ancaq müdafiəçiləri təslim olmayıblar.

Son günlər Hələb yenidən dünya mətbuatının mərkəzi siyasi mövzularından birinə çevrilib. Suriya ordusunun gözlənilməz və uğurlu əməliyyatları cənub hissəsi onsuz da Əsəd qoşunlarının nəzarətində olan şəhərin terrorçulardan tamamilə təmizlənməsi üçün gözəl şans yaradıb. O, artıq hökumət qoşunlarının mühasirə həlqəsindədir. Və Hələbin azad edilməsi təkcə taktiki yox, həm də strateji qələbə olardı.



Ancaq bu qələbə həm də Suriya oyununda kartların daha da qarışmasına gətirib çıxaracaq. Çünki, kənar oyunçular dəhşətli qırğının davam etməsi üçün göstərdikləri fasiləsiz şanslarını itirmiş olurlar. Və bu, ilk növbədə Ankara ilə körfəz monarxiyalarına aiddir. Odur ki, Hələbin Suriya ordusu tərəfindən mühasirəyə alınması perspektivi onlarda isteriyaya bənzər reaksiya doğurur. Bu isə terrorun tərəfində dayanan kənar qüvvələrin Suriya ərazisinə açıq-aydın işğal məqsədilə qoşun yeritmək ehtimalını artırır. Belə bir ssenari gerçəkləşərsə, biz şəksiz yeni Dünya Müharibəsinin daha qaynar məhrələsinə qədəm basacağıq.

***

Suriya ordusundan son müvəffəqiyyətləri gözləmirdilər. Ancaq eyni vaxtda 3 əyalətdə (Hələb, Latakiya və Dəraa) başladılan sürətli hücumlar bir həftə ərzində böyük ərazilərin azad olunması ilə davam etməyindədir. Xüsusən də cənubda - Dəraa əyalətində Suriya ordusu artıq İordaniya ilə sərhədə qədər irəliləyə bilib. O cümlədən, iki şəhər - İbta və Dael hökumət qoşunlarına döyüşsüz təslim olub.

Ancaq ən böyük gözlənilməzlik məhz Hələb əyalətində yaşanmaqdadır. Kveyris hərbi bazasını 4 illik mühasirədən qurtarandan sonra qoşunlar Hələbin şimal və şimal-qərbinə doğru irəlilədi. Burada illərdir mühasirədə olan Zəhra və Nubbol şəhərləri xilas edildi. Ardınca Kfeyn şəhəri terrorçulardan təmizləndi. Kürdlər də Afrin şəhərindən şərqə doğru hərəkətə keçərək Azaza yaxınlaşmağa başladılar, bununla da Hələbin şimalındakı terrorçuların iri qüvvələri mühasirəyə düşmüş oldu. Artıq Hələb-Qaziantep yolu Əsəd hərbçilərinin nəzarətindədir. Bu isə Ankara hökumətinin islamçıları hər cür yardımla təchiz etməyinin qarşısını alır. İslamçıların səflərindəki panika da ümumməlumdur - onlar mövqelərini qoyaraq Türkiyə sərhədinə qaçırlar. Əsəd hökuməti təkcə hərbi yox, həm də çox mühüm psixoloji üstünlük qazanmış olub.



Beləliklə, hazırda islamçıların təchizatında böyük problemlər yaranıb. Ankara bu təchizatı yalnız təhlükəli alternativ marşrutla - İdlib vasitəsilə təmin edə bilir. Suriya ordusu ilə kürd partizanlarının birləşməsi isə təkcə Hələbin taleyini həll etmir, həm də İdlibə və Rakkaya aparan yolu açır.

Əlbəttə, taleyüklü qələbədən danışmaq hələ tezdir. Suriya ordusu ləng də olsa irəliləməkdə davam edir və son aylar məhv edilən terrorçuların sayı 3500-lə, təmizlənən ərazilərin sahəsi isə 1,5 min kvadrat kilometrlə ölçülür. Ancaq Qərbin və anti-Əsəd koalisiyanın susub müşahidəçi mövqeyi sərgiləcəyi də ağlabatan deyil. Qərb mətbuatında artıq Hələb uğrunda döyüşü Avropaya yeni qaçqın axını gözləntiləri ilə əlaqələndirirlər. Siyasi dəllal olan filosof Anri Levinin (o kəsin ki, boğaza qədər Liviya qanına bulaşıb) tərəfindən 4 il əvvəl irəli sürülmüş “Hələbi xilas edək” şüarı yenidən aktuallaşdırılır. Səudiyyə Ərəbistanı Suriyaya qoşun yeridəcəyini bəyan edir (Guya ki, “İŞİD”lə mübarizə üçün). Ankaraya gələn Angela Merkel Suriyada aviasiya zərbələrindən “dəhşətə gəldiyini” söyləyir (halbuki onu nə Dəməşqdə kamikadzenin terroru, nə Deyr-əz-Zordakı genosid, nə də 4 ildir mühasirədə qalan Fua və Kafraya şəhərlərindəki humanitar fəlakət riqqətə gətirir). Eyni zamanda, Ərdoğan da Avropanı qaçqınlarla qorxudur. Hələlik yalnız başı prezident seçkilərinin qalmaqallarına qarışan Vaşinqtonun mövqeyi birmərrə aydın deyil.



Əhməd Davudoğlu isə Türkiyə xalqı adından çıxış edərək Hələbi müdafiə edəcəklərini deyir. Onun sözləri: “Biz tarixi borcumuzu qaytaracağıq. Nə vaxtsa bizim hələbli qardaşlarımız şəhərlərimizi - Şanlıurfanı, Qaziantepi, Qəhrəmanmaraşı qoruyublar, indi də biz qəhrəman Hələbi qoruyacağıq. Onun döyüşçülərinin arxasında bütün Türkiyə dayanır”.

Tarixə apellyasiya çoxdan absurda çevrilsə də, ritorik fənd kimi geniş kütlələrə sirayət gücünü itirməyib - Davudoğlu bunun fərqindədir. Kütlələr soyuq məntiqi yox, emosiyaları seçir. Üstəlik, Davudoğlu “bütün Türkiyə”nin adından danışdığından, onun təklifi ilə razılaşmayanlar mexaniki olaraq “xalq düşməni” kateqoriyasına düşür. Belələri isə Türkiyədə çoxdur. Ancaq nə vaxtdan ictimai rəy hakimiyyətləri zərərli addımlardan saxlaya bilib ki?

Beləliklə, Suriyada terrora qarşı müharibə nə qədər uğurla davam edərsə, kənardakı terror himayədarları da bir o qədər vəziyyəti daha da qarışdırmağa çalışacaqlar. Hətta Qərb mətbuatında fevralın 8-də “48 saat ərzində məlum olacaq - Qərb Suriyaya qoşun göndərməyi dəstəkləyir, ya yox” kimi fikirlər də tirajlanırdı. Yəni, vaxt limiti fevralın 10-da, yəni bu gün bitir.

Və bu, həm də növbəti dəfə “həqiqət anı” olacaq - kim açıq-aşkar sivilizasiyanın məhvinin və terrorun yanındadır, kim qarşı tərəfdə...

Məmməd SÜLEYMANOV(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar