Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər iki ayağı kəsilən qadından xəbər var

Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı kəsilən, sonradan yenidən sol ayağı əməliyyat olunan Məmmədova Tərlan Həsən qızının vəziyyəti orta ağırdır


PİA.AZ bildirir ki, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski APA-ya açıqlamasında deyib ki, xəstə bir az özünə gəlib, yaraları təmizdir. Xəstənin sağalması üçün uzun müddət lazım olduğunu deyən A.Şəmsəddinskinin sözlərinə görə, T.Məmmədova sabah palataya köçürüləcək: "Xəstə bayram günlərində reanimasiyada saxlanılıb. Vəziyyəti yavaş-yavaş düzələn xəstə sabah palataya yerləşdiriləcək".
 
Mərkəzin direktoru əlavə edib ki, hadisə barədə ekspertizanın rəyi bir neçə günə məlum olacaq. Bu prosesin ən azı bir həftə çəkəcəyini deyən A.Şəmsəddinskinin sözlərinə görə, Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar yaradılan xüsusi komissiyada hazırlanacaq ekspertizanın nəticəsi üçün bir neçə mütəxəssis rəy verməlidir.
 
Qeyd edək ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar