Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər şey bundan ötrü idimi?


Hüseynbala Səlimov yazır


İnanın ki, son vaxtlar mənə “Nələrdən yazırıq?” sualına cavab verməkdənsə “Nələrdən yazmırıq?” sorğusuna cavab vermək daha asan gəlir... Elə bu günlərdə qəfil yadıma düşdü ki, əcəba, axı biz heç müxalifətdən yazmırıq!.. Haradadır bu insanlar? Nə ilə məşğul olurlar? Görən, bir yenilik-filan varmı?..

Götürüb müxalifətçi dostuma zəng etdim. O, mənim “Nə var, nə yox?” sualıma çox qısa cavab verdi. Dedi ki, bir şey yoxdur, köhnə hamam, köhnə tas... Sonra da əlavə etdi ki, hamısı yalan imiş...

Müxalifətçilərin bədbinliyi mənim üçün elə bir yenilik deyil və bu, mənə qətiyyən təsir etməzdi, əgər bircə məsələ olmasaydı - elə mən özüm də bəzi məsələlərə baxışda çox bədbinəm...

Düzdür, ölkə unikal ölkədir. Heç bir müxalif proses olmasa da, məhkəmələrimiz üçün həmişə predmet tapılır... Buna görə də müxalifətin üzü tamam qara olmur, onun-bunun kölgəsində bir təhər başlarını girələyirlər...

Amma bütün hallarda onlara - bizim müxalifətçilərə pis münasibət bəsləmirəm, çünki çoxdan bu adamlardan umub-küsməyi tərgitmişəm, onlar öz işindədir, mən də öz işimdə...
Fəqət, bir küçədə olmasa da, bir ölkədə yaşayırıq və əqidələrimiz də ən azı nəzəri olaraq yaxındır. Ona görə hərdən onları da yada salıram... Həm də biz bir nəsil idik. İndi bu nəsil yavaş-yavaş qocalığa doğru gedir və...

Cümlənin ardını yaza bilmədim, çünki “Yerini başqa nəslə verir...” yazmaq istəyirdim, amma yaza bilmədim, çünki yer məsələsi bir azacıq qəlizdir...

Heç kim öz yerini kiməsə vermək istəmir. O cümlədən də müxalifət. Nəyin üstündə olmasa da, yer üstündə həmişə davadır...

Doğrusu, bir müddət bundan əvvəl əsas müxalifət partiyasında sədr məsələsi ilə bağlı gedən prosesi ciddi izləyirdim. Yox, ürəyimdə özüm üçün hələ seçim etməmişdim. Fikirləşirdim ki, proses getsin, görüm, kim nə təklif edir və mən də buna adekvat seçimimi edim...

Amma nə oldu? Yer üstündə qısa müddətli dava oldu. Cavanlar əməlli-başlı bir şey təklif edə bilmədilər, bir azca yaşlılar isə “Ölərik, amma yerimizi vermərik!” dedilər...

Bizim telekanallar da müxalifəti yalnız bir halda yada salır - onlar ciddi ixtilaf yaşayanda... Süjetlərdən məlum oldu ki, nə olmasa da, sədr olmaq istəyən və özünü “lider” kimi görmək istəyən yetərincədir...

Amma sonra... Sonrası həmişəki kimi oldu - bəli, yaşlılar güzəşt etmədi, bir az cavanlar isə onlarla bacarmadı...

Hətta götürüb bir-iki nəfəri partiyadan xaric də etdilər... Buna dəyərdimi? İndi mən heç bir cinahı təmsil etmirəm və özümün siyasi mənsubiyyətim haqda da daha çox keçmiş zamanda danışıram - səmimiyyətimə inana bilərsiniz...

Amma yaşlı partiyadaşlarıma bir söz deməkdən də özümü saxlaya bilmirəm... Bəylər, yerinizi gənclərə vermədiniz, amma özünüz də bir şey etmədiniz və etmək fikriniz də yoxdur! Bütün bu davalar bundan ötrü idimi? Doğrudanmı, siz yalnız partiya başçısı adlanmaq üçün mübarizə aparırdınız?..

Demirəm ki, gənclər hansısa proqram-filan təklif etmişdilər. Amma gəncliyin gəlişi labüd məsələdir, hamı nə vaxtsa öz yerini gənclərə verir və bu, həyatın qanunudur...
Düşünürəm ki, gənclər azacıq da olsa, canlanma yarada bilərdilər... Ən azı müxalifət düşərgəsinə bir maraq yaranardı. Bunun heç özü də az iş deyil. Bəli, bəzən deyirlər ki, bəs filankəslər partiya yaradıb. Axı nə olsun?... Onlar partiyanı məgər daşdan-kəsəkdən yaratmışdılar? Axı həm də elə bizlər idik o partiyanın “materialı”!..

Burada yadıma bir teatr səhnəsi düşür. Bəli, personajlardan biri deyirdi ki, bəs mən də rəqqasələri özəlləşdirmək istəyirəm...

İndi bilmək olmur, bəlkə bir neçə adam bir vaxt bizi də özəlləşdiribmiş?.. Mən heç kimi partiya banisi - filan hesab etməmişəm və indi də etmirəm...

Başa düşürəm, tutaq ki, dükan dükandır, o, kiminsə mülkiyyətidi. Amma azca düşünsək, görərik ki, partiya dükan deyil, başqa şeydir axı!..

Dediyim gənclər arasında elələri vardı ki, onlar heç də özünü “lider” sayanlardan az iş görməmişdilər, bəlkə də partiyanın bir vaxt siyasət aləmində əsl söz sahibi olmasının səbəbkarı daha çox onlar idi, nəinki özünü “lider” hesab edənlər...

Qərəz, yaşlı nəsil hər şeyi olduğu kimi saxladı. İşarə verdilər ki, bu partiya onların mülkiyyətidir. Olsun. Bizim də heç kimlə mülkiyyət savaşına çıxmaq fikrimiz yox idi və indi də yoxdur. Sadəcə, hərdən darıxırıq. Ora-bura boylanırıq ki, görən, bu ölkədə müxalifət görən və müxalifət deyən varmı?... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar