Azərbaycan hərbçiləri Rumıniya və Macarıstana gedəcək
PİA.AZ Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, oktyabrın 12-dən 17-dək Buxarest şəhərində (Rumıniya) münaqişəsonrası yenidənqurma və sabitləşmə kursu, oktyabrın 12-dən 22-dək Budapeşt şəhərində (Macarıstan) müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
pia.az