Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbçilərin inzibati qaydada həbsi ləğv edildi


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində monitorinq keçiriblər


Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, bir müddət əvvəl Hərbi Polis İdarəsinə yeni rəis təyin olunub: “Hərbi Polis İdarəsinin yeni rəisi, polkovnik-leytenant Azad Ağayevlə görüşüb, söhbət elədik. Hazırda Hərbi Polis İdarəsinin haupvaxtında 8 əsgər saxlanılır. Onların saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Gün ərzində üç dəfə yeməklə təmin olunurlar, havaya çıxarılırlar. İşgəncə və qeyri-insani rəftarla bağlı faktlar aşkar olunmadı”. 

E. Behbudov bildirib ki, müdafiə naziri Zakir Həsənov zabit və gizirlərin inzibati qaydada həbs olunmalarının ləğv olunması barədə sərəncam verib: 

“Mənə bildirdilər ki, nazir Zakir Həsənov zabit və gizirlərin inzibati qaydada həbs olunmaları barədə qərarı ləğv edib. Yəni zabit və gizirlər inzibati qaydada həbs olunmayacaqlar. Lakin hansısa bir cinayət faktı aşkar olunsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Eyni zamanda Zakir Həsənov post patrul xidmət əməkdaşları tərəfindən əsgərlərin yerli-yersiz həbs olunmamaları barədə də göstəriş verib. Bəzən məzuniyyətə gələn əsgəri tutub aparırdılar və müəyyən problemlər yaranırdı. 

Bundan sonra belə hallar baş verməyəcək. Mən bir hüquq müdafiəçisi kimi bu qərarları dəstəkləyirəm. Onu da qeyd edim ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan bizim komitəyə hərbi hissələrlə bağlı heç bir şikayət daxil olmayıb. Ancaq əvvəllər belə şikayətlər çox olurdu”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar