Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbə, yoxsa sülhə doğru - 2018-ci ilin əsas dilemması

İşğalın və işğalçının vaxtı tükənir; bu il Dağlıq Qarabağ məsələsində qəfil dönüşlər istisna deyil; amerikalı analitiklərdən iki fərqli müharibə anonsu...


Rusiyanın Qarabağ məsələsində əsas hədəflərindən biri, şübhəsiz ki, konflikt zonasında mövcud status-kvonu saxlamaq, münaqişə tərəfləri arasında genişmiqyaslı hərbi toqquşmaya imkan verməməkdir. Çünki bu, onun orta perspektiv maraqlarına cavab vermir. Bu mənada ötən il aprel insidentinin təkrarlanmasının önlənməsi ən əvvəl Moskvanın uğuru kimi qiymətləndirilməlidir.

Hərgah, Kreml atəşkəs dönəmindən konfliktin həlli üçün  istifadə eləməyə də həvəsli deyil. Paradoks da ondadır ki, tərəflərə silah satmaqda davam edən Rusiya həmin silahların işə salınmasını istəmir. Nə münaqişəni çözür, nə də Azərbaycana onun hərbi yolla, birdəfəlik çözmək imkanı verir. Nə vaxtadək?

Doğrudanmı Rusiya, digər vasitəçi dövlətlər düşünür ki, Azərbaycan xalqı sonsuzadək işğal rejiminə dözəcək? Gərək ki, 2016-cı ilin 4 günlük aprel müharibəsi hamıya görk olmalı idi. Əfsus ki, olmadı.

Bu xüsusda Ukrayna Silahlı Qüvvələri Baş qərargahının əməliyyat idarəsinin keçmiş əməkdaşı, ehtiyatda olan artilleriya polkovniki, hərbi ekspert qismində tez-tez KİV-lərdə çıxış edən Oleq Jdanov “Obozrevatel” saytına verdiyi açıqlama diqqət çəkir. Hərbi ekspert deyib: “Aprel hadisələrindən sonra məlum oldu ki, Azərbaycan ordusu nəinki Qarabağı, Ermənistanın özünü də silməyə hazırdır. Nəticədə Rusiyanın Dağlıq Qarabağ münaqişəsindən ”kozır" kimi istifadə edib dünya arenasında mövqelərini gücləndirmək planları boşa çıxdı. Rusiya çətinliklə də olsa hərbi texnikanın Gürcüstan üzərindən daşınmasını razılaşdırmağa çalışır ki, Ermənistandakı hərbi qruplaşmasını dəstəkləyə bilsin".

Söhbət əlbəttə ki, Abxaziya dəmiryolunun açılmasından gedir. Bəllidir ki, işğalçı ölkə ötən il bu dəhlizin açılması üçün əlindən gələni etdi. Bu məqsədlə Ermənistanın baş naziri Karen Karapetyan və prezident Serj Sərkisyan Tiflisə çoxgünlük səfərlər elədilər. Ancaq nəticə olmadı. Bir səbəb Gürcüstanın Azərbaycanla olan strateji tərəfdaş münasibətləri ilə bağlıdırsa, digər mühüm səbəb həmin dəmiryolunun açılmasının rəsmi Tiflisin Abxaziyanın Rusiya tərəfindən işğalının tanınması anlamına gələcəyi ilə ilgilidir. Hər halda Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan vaz keçməyə hazırlaşmır.

Yeri gəlmişkən, məlumatlara görə, dəmiryolunun açılması ilə bağlı anlaşma sənədində Rusiya separatçı rejimlərin adlarının müstəqil dövlətlər kimi keçməsini şərt kimi qoyur. Buna da çətin ki, rəsmi Tiflis razı olsun. Başqa yandan isə Gürcüstan Azərbaycan və Türkiyə amillərini nəzərə almaq zorundadır.

*****

Ermənistana bu yolun açılması şəksiz ki, həm də mümkün müharibə variantında müttəfiqi Rusiya ilə quru əlaqə yaratmaq üçün çox vacibdir. Hərçənd, Azərbaycan Ermənistana hücum eləməyə hazırlaşmır.

2018-ci ildə Qarabağ münaqişəsi zonasında müharibə riskləri ilə bağlı proqnozlar isə müxtəlifdir. Məsələn, “Yeni Müsavat” “Amerikanın səsi” radiosunun rus redaksiyasına istinadən xəbər verir ki, amerikalı analitiklər bu il geniş miqyaslı hərbi toqquşmalar gözləmirlər.

O sırada ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Xerbst hesab edir ki, Qarabağ zonasında hazırkı status-kvo bu il də saxlanacaq. Onun iddiasına görə, nə Ermənistan, nə də Azərbaycan aprel müharibəsindən heç bir fayda götürməyib. “Və bunu hər iki ölkənin paytaxtında gözəl bilirlər. Mən yeni konfliktin kiminsə əlinə işləyəcəyini düşünmürəm”, - deyə o qeyd edib və Rusiyanın hər iki münaqişə tərəfinə silah satmasını sadəcə, iyrənc adlandırıb.

“Bu, Kremlə tərəflərə öz təsirini saxlamağa imkan verir. Ancaq bu, abırsız və iyrənc siyasətdir”  - analitik əlavə edib. Onun fikrincə, status-kvonun qalması həm də nizamlamanın olmamasının göstəricisidir: “Mən deməliyəm ki, problemin nizamlanması xüsusunda hansısa diplomatik tərəqqi imkanlarını görmürəm”.

Öz növbəsində amerikalı hərbi ekspert Stiven Blank onun nöqteyi-nəzərini bölüşür: “Mübahisəsiz demək olar ki, qış hərbi əməliyyatlar üçün yaxşı zaman deyil. Ancaq mən qarşıdan gələn yazda da hər hansı hərbi əməliyyatlar üçün heç bir əsas görmürəm”.

Bununla belə, Blank hesab edir ki, hansısa qəfil hadisə vəziyyəti dəyişə bilər. “Ciddi dəyişikliklər halında müharibə istisna deyil. Buna rəğmən, ABŞ hər şeyi edəcək ki, regionda sülh bərqərar olsun. Gürcüstana ”Cavelin" raket sisteminin satılması və Pakistana Amerika yardımının dayandırılması Güney Qafqazın artan önəmi deməkdir", - deyə sonda o əlavə edib.

*****

Lakin bu yazıda da vurğulamaq zərurəti var ki, 2018-ci ildə də böyük müharibənin olub-olmaması ən əvvəl işğalçı Ermənistandan asılı olacaq. Düşmən ölkə əgər sülhdən qaçacaqsa, təbii ki, müharibəni yaxınlaşdıracaq, hərb yolunu qaçılmaz edəcək. Başqa sözlə, hərb yoxsa sülh seçimi yenə müstəsna olaraq, İrəvanın üzərindədir.

Təəssüf ki, indi də apreldə yeni baş nazir və prezident seçkilərini bəhanə edən rəsmi İrəvan vaxtı uzatmaqla məşğuldur. Bununla da faktiki şəkildə amerikalı hərbi ekspertin xəbərdar elədiyi qəfil müharibə riskini artırır.

Ermənistan hazırda Dağlıq Qarabağ məsələsində kobudcasına vaxt udmaqla məşğuldur”. Bunu da azxar.az-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib. Onun sözlərinə görə, danışıqlar prosesi intensivləşsə də, Ermənistan prezidentini düşündürən yeganə məsələ hakimiyyətdə qalmaqdır.

“İşğalçının vaxtı tükənir, Ermənistan seçkilərdən sonra Qarabağ məsələsinin həlli ilə bağlı konkret mövqeyini ortaya qoymalıdır. İrəvan danışıqları yalnız sabotaj etməklə məşğuldur. Bu, çox çəkə bilməz. Azərbaycan hələ ki səssiz yalvarışına görə Ermənistana toxunmur”, - deyə o əlavə edib.

*****

Qarabağda müharibə riskləri, sözsüz ki, həm də konfliktin əsas körükləyicisi olan Rusiyanın nə dərəcədə problemin həllində ciddi irəliləyişdə maraqlı olmasından keçir. Moskva isə bəzi siyasi şərhçilərə görə bu il daha çox Qərblə - ABŞNATO ilə münasibətləri aydınlaşdırmaqla məşğul olacaq. Əlbəttə ki, fors-major situasiyalar da mümkündür. Bu üzdən böyük güclərin status-kvoya arxayın olması heç də hərbi əməliyyatlardan qaçmağın zəmanətli yolu sayıla bilməz...   (müsavat.com)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar