Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi ekspert Müdafiə Nazirliyini ittiham etdi


Kəşfiyyat İdarəsinə tam təsadüfi adamı təyin edən nazirin ortaya qoyduğu "ağır nəticə" də belə olur...


Moderator.az tanınmış hərbi ekspert Üzeyir Cəfərovun cəbhə xəttindəki son tələfatlarımızla bağlı təəssüf və hiddət dolu statusunu təqdim edir:

"Dəyərli dostlar, hörmətli həmkarlarımız!

Avqustun 1-i səhər aldığımız acı xəbər hər kəsin qanını qaraltdı, əsəblərini tarıma çəkdi. Azərbaycan Ordusunun təsdiq olunmayan məlumatlara görə onlarla hərbçisi düşmənlə atışmada şəhid olublar. Çox böyük itkidir. İstəməzdim yazdıqlarımı qərəz kimi qəbul etsinlər, amma bu atəşkəs dövründən - 12 may 1994-cü ildən bu yana ən çox itki verdiyimiz bir gündür. Şəxsən mən xatırlamıram ki, biz bir gün ərzində bu qədər itki verək. 

Açığı desəm, Müdafiə Nazirliyinin verdiyi xəbərə mən tam inanmıram. Ola bilsin hadisənin şokunu yaşayan rəhbərlik tez-tələsik bu xəbərin verilməsini istəyib. Amma hərb elminə bələd olan, həmçinin döyüş keçmiş insanlar bilir ki, hücum edən tərəfin itkiləri daha çox olur, Düşmən ərazimizə soxulmağa CƏHD edib və bizim əsgərlərin "SAYIQLIĞI nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb". Daha sonra isə MN qeyd edir ki, "şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib?!"Əgər bu əclaf, amansız və xain erməni hücuma keçirdisə,onun verdiyi itkilər ən azından neytral ərazidə qalmalı idi. Və bizim komandanlıq düşmənin hücumunu sübut fakti kimi o erməni əsgərlərinin meyidlərini nümayiş etdirməliydi. Səngərdə oturub düşmənin hücümunun qarşısını alan əsgərlərimizin itkisi bu qədər olmamalıydi axı. Bir də, döyüş postlarında duran əsgərlər arasında məsafə də o qədər də yaxın deyil ki, deyəsən, düşmən qumbaraatandan, yaxud başqa silahdan istifadə edib və biz bu qədər şəhid vermişik. Mənə elə gəlir ki, faciə tamam başqa formada baş verib, ancaq bizim komandanlıq özünü bu faciədə sığortalamaq üçün bu məlumatı yayıb. Biz dəfələrlə bildirmişik ki, düşməndən hansısa mərhəmət gözləmək lazım deyil. Ön xətddə dayanan əsgər və zabitlərimiz son dərəcə diqqətli olmalıdırlar. Ən xırda diqqətsizlik və ehtiyatsızlıq belə ağır nəticələrə gətirə bilər. Digər ciddi səbəb də var. Bu bilavasitə MN-i ilə bağlı məsələdir. Qısaca deyirəm, başa düşənlər məni anlayacaq. Əsgərlərin birbaşa MN-nin Təşkilat Səfərbərlik İdarəsi tərəfindən yerlərdə bölgüsü məsələsidir. Postlarda bəzi əsgərlərimizin 2-3 saat əvəzinə, 5-6 saat durmaları, onların həm özlərinin, həm də, "qeydiyyatdan keçən" digər adı olub, özləri arxa cəbhədə xidmət edən əsgər və çavuşlara görə növbədə durmaqlarıdır. Bu da bəzən xoşagəlməz hallara gətirib çıxarır. 

Düşünürəm ki, ölkə başçısı və SQ Ali Baş Komandanlığı bu faciə ilə əlaqədar MN-nin rəhbər şəxslərini dinləyəcək və lazım olan qərarını verəcək. Bu faciənin baş verməsində tam məsuliyyəti erməni-rus tərəfinin üzərində olsa da, bizim "bir gün də olsun müharibədə olmaya-olmaya, general rütbəsi alan "kabinet sərkərdələri" də yaxalarını kənara çəkməməlidirlər. Kəşfiyyat İdarəsinə tam təsadüfi adamı təyin edən və ona general rütbəsi verdirən nazirin ortaya qoyduğu "ağır nəticə" də belə olur. 

Allah dünyasını dəyişən hərbçilərimizə qəni-qəni rəhmət eləsin. Onlar Vətən uğrunda canlarından keçdilər. Şəhidlik zirvəsinə qalxdılar. Doğmalarına və yaxınlarına isə Allahdan səbr və dözüm arzulayıram!!!


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar