Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi sirr və jurnalistika arasında qalanlar


Mehman Əliyev: “Hökumət mediası bu məsələdə Roma papasından artıq katolik olmaq istəyir”; Üzeyir Cəfərov: “Niyə Müdafiə Nazirliyi hərbi mövzuda yazan jurnalistləri bir araya gətirmir?”


Xəbər verdiyimiz kimi, Azərbaycan parlamenti ordu haqda yalnış məlumat yayan mətbuat orqanlarının cəzalandırılmasına dair qanunvericiliyi müzakirə edəcək. Bu, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzovun “Trend”ə açıqlamasında yer alıb. Məlum olub ki, deputat Milli Məclisin payız sessiyası başlayanda bununla bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edəcək. 

S.Novruzov qeyd edib ki, son vaxtlar ayrı-ayrı mətbuat orqanları Azərbaycan ordusu və təhlükəsizlik haqqında düzgün olmayan məlumatlar yayırlar. Onun sözlərinə görə, məlumatların bu formada yayılması, yoxlanılmadan, şayiə şəklində çatdırılması həm valideynləri narahat edir, həm də cəmiyyəti çaşdırır.

S.Novruzov bildirib ki, Milli Məclisin payız sessiyası başlayanda qanunvericilik təşəbbüsü irəli sürəcək. Onun sözlərinə görə, hərbi qanunvericiliyə və “Kütləvi informasiya vasitələri haqqında” Qanuna da əlavə və dəyişikliklər oluna bilər.

Avqustun əvvəlində baş verən hərbi gərginlik zamanı medianın davranışı, eləcə də rəsmi qurumların buna reaksiyası hələ də müzakirə mövzusudur. Orduda, cəbhə bölgəsində baş verənlərlə bağlı informasiya siyasətinin olmaması media nümayəndələrini də çətin vəziyyətə saldı. Bir-birini təkzib edən xəbərlərin KİV-ə yol tapmasının səbəbi də məhz bu oldu. Bəs əslində necə olmalıdır? Medianın bu sahədə vahid siyasətini necə tənzimləməli? 
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, milli dəyərlər, mənəviyyat, milli maraqlar sözünü bir kənara qoyub jurnalistin peşə əxlaq kodeksini əsas götürmək lazımdır: “Mən hələ qanunu demirəm. Jurnalistlər heç olmasa ona riayət etməlidir. Bizim jurnalistlər o qədər yalan danışmağa öyrəşiblər ki, səhər-axşam bunu edirlər. Xüsusən də hökumətyönlü media orqanları bununla məşğuldular. 

Onlar bu məsələlərdə Roma papasından artıq katolik olmaq istəyirlər. Olmayan qələbədən yazmaq, olmayan məsələni şişirtmək onların iş prinsipinə çevrilib artıq. Özlərini daha çox vətənpərvər göstərmək istəyir, əfsanələr yazırlar. Qeyri-peşəkarlıq, peşə əxlaq kodeksinə riayət etməmək kütləvi hal alıb. Ona görə də bu məsələlərdə siz deyən nəticələr görünür”.
Müsahibimiz vəziyyəti tənzimləmənin yollarından da danışdı. Dedi ki, bunun üçün ilk növbədə Azərbaycan mediası üçün normal vəziyyət yaradılmalıdır: “Bu zaman media öz peşə və vəzifələrinə, qaydalara uyğun olaraq hərəkət edəcək. İkincisi də, bu işlə məşğul olan dövlət orqanları var ki, informasiya toplayıb yayırlar, onlar bu işlə məşğul olmalıdır. Nə o tərəf öz işinin öhdəsindən gələ bilir, nə də bu tərəf. Dövlət sirrinə nə aiddirsə, onu yazmaq olmaz. Eyni zamanda yalan danışmaq da olmaz. İnformasiya yoxlanmalı, bir neçə mənbədən dəqiqləşdirilməlidir. Rəsmi, digər mənbələrlə dəqiqləşmə olmalıdır. Jurnalist həqiqəti yazmaq istəyirsə tapacaq. Bu, peşəkarlıq məsələsidir. Bu gün Azərbaycanda bu problem var. Özlərini canfəşan kimi göstərib medianın prinsiplərini pozurlar”. 



Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Azərbaycanda bu sahədə qanunlar olduğu üçün yeni qanuna ehtiyac yoxdur. Müsahibimiz xatırlatdı ki, bunlardan biri “Dövlət sirri haqqında” Qanun, digəri isə “İnformasiya əldə etmək haqqında” Qanundur. Onun sözlərinə görə,  “Dövlət sirri haqqında” Qanunun 5-ci bəndində hərbi sirrə aid olan maddələr göstərilib: “Orda aydın şəkildə yazılıb ki, hansı məlumatları vermək olar, hansını yox. ”İnformasiya əldə etmək haqqında" Qanunda da həmçinin. Bütün bunlar hər iki qanunda olduğu halda, görəsən, bizim hörmətli millət vəkilləri yeni nə yazacaqlar? Problemin həlli üçün əvvəla, dövlət orqanları öz fəaliyyətlərinə diqqət etməlidirlər. Çünki  arada olan boşluqda rəsmilər bir qədər çaşqın vəziyyətdə oldular və duruma adekvat reaksiya verə bilmədilər. Bu, xüsusən Müdafiə Nazirliyinə və Prezident Administrasiyasına aid idi. Burda jurnalistin heç bir günahı yoxdur. Jurnalist əldə etdiyi məlumatı tez bir zamanda oxucuları ilə bölüşmək istəyir və bu, onun borcudur".

Müsahibimiz xatırlatdı ki, 7 sentyabr 2004-cü ildə qəbul edilmiş “Dövlət sirri haqqında” Qanunun 5-ci maddəsində də bu məsələ öz əksini tapıb: “Orda çox aydın göstərilib ki, mühüm hərbi məlumatlar, qoşunların hərbi dislakasiyası, adları, təşkilati strukturu, şəxsi heyətin sayı, döyüş təminatı, o cümlədən hərbu texnika ilə bağlı hər şey hərbi sirr sayılır, bunları göstərmək olmaz. Qanunda bunu yazanlarla bağlı hansı məsuliyyətin olması göstərilib. ”İnformasiya əldə etmək haqqında" Qanunun 10-cu maddəsində hər şey göstərilib. Orda qeyd olunub ki, açıq və qapalı məlumatlar hansıdır. Bütün bunlar olduğu halda yeni nə qanun qəbul edəcəklər? Siyavuş Novruzovun bu təşəbbüsünü başa düşürəm. Bu, tənbəlləşən dövlət qurumlarının fəaliyyətini pərdələmək üçündür. Niyə Müdafiə Nazirliyi hərbi mövzuda yazan jurnalistləri bir araya gətirmir? 500-600 manatlıq kostyum geyinən jurnalisti, QHT rəhbərini səngərə aparıb hesab edirlər ki, bunlar iş görür. Yeni bir velosipedin icadına ehtiyac yoxdur. Yeni qanun qəbul etsələr, əvvəlki iki qanuna düzəliş etməli olacaqlar".

Ü.Cəfərov hesab edir ki, müasir dünyada ən qorxulu silahın informasiya müharibəsi olduğunu nəzərə alanda hökumətin bununla bağlı xüsusi  proqramı olmalıdır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar