Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir
PİA.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İyulun 25-dən avqustun 19-dək Gürcüstanın Saçxere şəhərində “Orta yay dağ hazırlığı” kursu və iyulun 26-dan iyulun 28-dək Almaniya Federativ Respublikasının Mittenvald şəhərində “Alp qanqalı” təlimi keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
pia.az